Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci Qarabağ müharibəsinin əsasını qoyan təxribatlardan 32 il ötür

Bu gün Dağlıq Qarabağda separatçı hərəkatın başlanmasından 32 il ötür...

PİA.az-ın xəbərinə görə, 1988-ci ilin fevralın 13-də Xankəndidə “Miatsum” (Birləşmək) adı altında ermənilər Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başladılar.

Separatçı dalğa daha sonra Ermənistana da keçdi. Həmin vaxta qədər gizli formada aparılan bu təxribat, nümayiş və mitinqlərlə müşahidə olunmağa start verdi.

1988-ci il fevralın 21-də Ermənistan əndazəni daha da aşdı.

Belə ki, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə növbədənkənar sessiya keçirildi.

Legitim olmayan iclasda vilayətin Azərbaycanın tərkibindən çıxarılıb, Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi.

Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında AzərbaycanErmənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirirdi. Onlar qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.

Azərbaycanlılar isə buna səssiz qalmamışdılar. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.

Lakin azğınlaşmış ermənilərdən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli Hacıyev və Bəxtiyar Quliyev şəhid oldular. Bununla da Azərbaycan Qarabağda ilk dəfə şəhid verdi.

Ermənistanın Azərbaycana qarşı təxribatları, əssassız və ədalətsiz iddiaları Azərbaycanın torpaqlarının 20 faizinin işğalı ilə nəticələndi. (Oxu.Az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar