Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ən az səslə deputat mandatı almaq olar, amma yüksək səslə yox... - Rəqəmlər və faktlar

Növbədənkənar parlament seçkilərinin diqqətçəkən nəticələrindən biri də bir neçə namizədi MSK-nın olduqca az səslə qalib elan etməsidir...

Komissiyanın informasiya bazasında yerləşdirilən məlumatlardan görünür ki, 16 saylı Yasamal ikinci Seçki Dairəsindən Erkin Qədirli 35 257 seçicidən 2507, 47 saylı Mingəçevir Seçki Dairəsindən YAP-çı Aydın Mirzəzadə 37 745 seçicidən 2550, 79 saylı İmişli Seçki Dairəsindən Razi Nurullayev 41 804 seçicidən 2703, 122 saylı Xankəndi Seçki Dairəsindən isə Tural Gəncəliyev 5006 seçicidən 1596 nəfərinin səsini alıb.

Rəqəmlərdən göründüyü kimi, deputat mandatı alacaq şəxslər dairə üzrə seçicilərin heç 10 fazinin dəstəyini ala bilməyiblər. Paradoks ondan ibarətdir ki, bəzi dairələrdə seçicilərin yüksək etimadını qazanan şəxslərin yolunu köhnə deputatlar "kəsib".

Məsələn, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən tanınmış vəkil Ceyhun Yusifov 4200 səs alıb. Bu nəticə ilə o MSK-nın qalib etdiyi, bütün inzibati strukturların xeyrinə işlədiyi politoloq Rasim Musabəyovdan sonra ikinci nəticəni göstərib.

Yaxud, 19 saylı Nərimanov ikinci Seçki Dairəsindən Müsavat lideri İsa Qəmbər 3126 səs alıb. Seçici fəallığının aşağı olduğunu nəzərə alsaq, bu, babat rəqəmdir. Amma MSK bu dairədən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunu qalib elan edib.

41 saylı Sumqayıt birinci Seçki Dairəsində də eyni mənzərə təkrarlanıb. ReAL Partiyasının nümayəndəsi Vasif İsmayıl 1800-dən artıq səs alsa da, MSK Hicran Hüseynovanı qalib elan edib. Ona yazılan səslərin sayı V. İsmayılın göstəricilərindən bir qədər artıqdır. (“AzPolitika”)

pia.az

 


Etiket: deputat seçki

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar