Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda 18 208 manat pensiya alan var

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli Azərbaycanın pensiya sistemini rəqəmlərlə izah edib...

PİA.az-ın məlumatına görə, müşavir bildirib ki, pensiya üç halda şəxs pensiya yaşına çatdıqda, əmək qabiliyyətini itirdikdə, vəfat etdikdə, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə təyin olunur:

Onun sözlərinə görə, Azərbaycanda pensiyaçıların sayı 1 280 000 nəfərdir. Bu da ölkə əhalisinin 13%-ni təşkil edir.

Pensiyaçıların sayı

1. Yaşa görə pensiyaçılar - 750 000 (pensiyaçıların 60%-i)

2. Əlilliyi görə pensiyaçılar - 380 000 (pensiyaçıların 30%-i)

3. ABİ-yə görə pensiyaçılar - 150 000 (pensiyaçıların 10%-i)

Pensiya məbləğləri:

1. Minimum pensiya məbləği - 200 manat

2. Orta pensiya məbləği - 300 manat

3. Maksimum pensya məbləği - 18 208 manat

Pensiya artımı üzrə indeksasiya:

1. 2017-ci il üzrə - 5.7% artım

2. 2018-ci il üzrə - 3% artım

3. 2019-cu il üzrə - 16.6% artım

Nazir müşaviri pensiyaya dair formalaşmış yanlış fikirləri də açıqlayıb: "Pensiya heç də həmişə tək qocalıqla əlaqəli olmur. Şəxs istənilən yaşda əlil olduqda və vəfat etdikdə də pensiya əldə edə bilir. Pensiya heç də həmişə 200 manat olmur. Hazırda aylıq 18 208 manat pensiya alan şəxs var. Pensiya artımı heç də həmişə cüzi olmur. Son artım 16,6% təşkil edərək pensiyaları 33 - 2 400 manat aralığında artırıb". (Report)

pia.az


Etiket: pensiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar