Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əcnəbi vətəndaşlar cəriməni ödəmədən ölkədən çıxa bilməyəcək - DİN

DİN xarici ölkə vətəndaşlarına müraciət edib...

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəmizə gəldiyi, yaxud Azərbaycanda icarəyə götürdüyü avtomobillərlə yol hərəkəti qaydalarını pozaraq cəriməni ödəmədən ölkədən çıxması hallarının qarşısı alınacaq. Bu məqsədlə respublikanın bütün sərhəd məntəqələrində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 5 dildə hazırlanmış buklet və plakat formasında olan xüsusi bildirişlərin paylanılmasına başlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) PİA.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının ərazisində yol hərəkəti qayda pozuntularına xüsusi texniki vasitələrin köməyi ilə nəzarət edildiyi üçün inzibati xətaya yol vermiş şəxslərin barəsində iştirakları olmadan elektron qərar çıxarılması, cərimə ödənişləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və dəbbə pulu, habelə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 17.1.7-ci maddəsinin tələblərinə əsasən ölkəmizin ərazisində inzibati xəta törətmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin barələrində inzibati tənbeh tədbirləri icra edilənədək onların 2020-ci il fevralın 13-dən başlayaraq Azərbaycan Respublikasından getmələri müvəqqəti məhdudlaşdırılacaqdır.

Buklet formalı bildirişlər sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri ilə ölkəyə daxil olan sürücülərə paylanılır, plakatlar isə həmin məntəqələrdə yaxşı oxuna bilən yerlərdən asılıb.

Həmçinin ilin əvvəlində xarici ölkə vətəndaşlarına tətbiqi nəzərdə tutulan qanunvericiliyin tələbləri barədə məlumat çatdırılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə Səfirliklərə müraciət edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar