Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşanın sabiq icra başçısının oğlu həbs olunub - Rəsmi

Nizami Bəhmənovun oğlu həbs olunub...

Bakı Şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsindən daxil olan birgə məlumatda qeyd olunur ki, fevralın 1-də saat 12 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 57 saylı evin qarşısında 1981-ci il təvəllüdlü Şuşa şəhər sakini Bəhmənov Ceyhun Nizami oğlunun keçmiş arvadı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızına bıçaqla çoxsaylı xəsarət yetirməsi faktı ilə əlaqədar Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq C.Bəhmənov iş üzrə şübhəli şəxs qismində saxlanılmaqla müdafiəçinin iştirakı ilə dindirilib.

Fevralın 3-də C.Bəhmənov iş üzrə Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddə ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə hadisə yerinə baxış keçirilərək maddi subutlar götürülüb, çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Aparılmış istintaqla C.Bəhmənovun Dilarə Bəhmənovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən onun əməli Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə (qəsdən adam öldürməyə cəhd) tövsif edilməklə cinayət işi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Yasamal rayon prokurorluğuna göndərilib.

D.Bəhmənovanın sağlamlıq vəziyyəti ağır qiymətləndirilməklə xəstəxanada stasionar şəraitdə müalicəsi davam etdirilir.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. (APA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar