Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-də koronavirusla mübarizə mövzusunda tədbir keçirilib

FHN -də proflaktik maarifləndirmə tədbiri...

Fevralın 12-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqı FHN-in Bakı Regional Mərkəzinin akt zalında FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə proflaktik maarifləndirmə tədbiri keçirib.

PİA.az FHN-in saytına istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş Nazirinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında yeni koronovirus (2019-nCOV) xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” diqqətə çatdırılıb.

Maarifləndirmə tədbirində çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov xəstəliyin simptomları və onun yayılmasının qarşısının alınması yolları, xüsusən əhali arasında bu xəstəliyin proflaktikası məqsədilə sanitariya-maarifləndirmə işinin həyata keçirilməsində həmkarlar ittifaqının rolu və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

Mehman İsmayılov hökumət tərəfindən təsdiq olunmuş “Fəaliyyət Planı”ndan irəli gələrək FHN-in qarşısında qoyulmuş vəzifələri diqqətə çatdırıb.

İttifaqın sədri tərəfindən FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinə tövsiyə olunub ki, hər bir həmkarlar komitəsi bu xəstəliklə bağlı proflaktik maarifləndirmə tədbirləri təşkil edərək ittifaqa üzv olan əməkdaşları vəzifə səlahiyyətləri çərçiivəsində yeni koronovirus xəstəliyi barədə məlumatlandırsınlar.

pia.az


Etiket: FHN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar