Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada iplər qopur: Ərdoğan Putinlə savaşa hazırdır...

Suriyada böyük güclərin qarşıdurması qaçınılmaz görünməkdədir. Bütün bu yaşananlar Suriyanı və Türkiyəni hara sürükləyir?...

Politoloq: “Rusiya Türkiyə qarşıdurmasından bizim cəmiyyət də əziyyət çəkə bilər”.

“Əgər Rusiya Suriyadan əlini çəksə, bir həftədən sonra nəyinki Suriya ordusu, heç Suriya dövləti də mövcud olmaycaq. Buna görə də Türkiyə-Suriya qarşıdurmasını Türkiyə-Rusiya qarşıdurması kimi qəbul etmək lazımdır”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu Suriyada, xüsusilə də İdlibdə baş verən hadisələr PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının həftəlik toplantısı zamanı prezident Rəcəb Tayyib Ərdoğan “İdlib planı”nı açıqlayacaq. Bu barədə dövlət başçısının özü açıqlama verib. O bildirib ki, Suriya ordusunun hücumu nəticəsində İdlibdə həlak olan türkiyəli hərbçilərin qisası alınır və alınacaq. Ərdoğanın sözlərinə görə, açıqlanacaq plan İdlibdə atılacaq hərbi və humanitar addımları əhatə edir.

Qeyd edək ki, bu ay ərzində Əsəd gücləri ikinci dəfə İdlibdə Türkiyə ordusunun mövqelərini atəşə tutub. Fevralın 10-da Türkiyə ordusu 5 şəhid verib. Bundan əvvəl isə 8 türk İdlibdə Əsəd güclərinin atəşi nəticəsində şəhid düşmüşdü. Bunun cavabı olaraq Türkiyə Əsəd güclərinin 115 mövqeyini darmadağın edib. 100-dən artıq Suriya hərbiçisi öldürülüb, 3 tankı və bir verolyotu vurulub. Dünən axşam isə Türkiyə ordusu yenidən Əsəd güçlərinin mövqelərini şiddətli atəşə tutub. Rus mətbuatının yazdığına görə 56 əsgər itirən Bəşər güclərinin silah və mövhumat anbarları məhv edilib.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədə son xəbərdarlığını edib və bildirib ki, Suriya ordusu İdlibə hücumunu dayandırmasa bütün istiqamətlərdə, o cümlədən havadan Suriya ordusunun mövqeləri vurulacaq. Türkiyə prezidenti qeyd edib ki, Bəşşar Əsədə sadiq qüvvələr İdlibdə mütəmadi mülki vətəndaşlara hücum edir, qan tökürlər: “Əlbəttə, Türkiyə bu vəziyyətə seyrçi qalmayacaq. Bu hücumların məqsədi ərazini tamamilə boşaltmaqdır. Biz vədlərin yerinə yetirilməsini gözləsək də, ancaq birbaşa əsgərlərimizi hədəf almağa başladı. Bundan sonra heç kimin təxribatına göz yummayacağıq və bu gündən hansısa bir yanlış hərəkətə görə rejim qüvvələrini istənilən nöqtədə vuracağımızı bəyan edirəm. Mehmetciklərin qanının töküldüyü yerdə heç kəs güvəndə ola bilməyəcək”.

Ərdoğanın bu sözləri əslində Soçi və Astanada Rusiya, Türkiyə və İran arasında əldə olunan razılaşmadan Ankaranın çıxması anlamına gəlir. Bu isə faktiki olaraq Suriyada Türkiyənin Rusiyaİranla müharibəyə girməsi demək olacaq. Çünki əslində Əsəd gücləri Rusiyanın “Vaqner” hərbi qruplaşmasından və İranın hərbiləşdirilməş “Hizbullah” təşkilatından ibarətdir.

Digər tərəfdən ABŞ prezidentinin Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefrey Türkiyəyə gəlib. Sızan məlumatlara görə Cefrey Ankraya Astana razılaşmasından çəkilməyi və Suriyada ABŞ-la birgə hərəkət etməyi təklif edib.

Türkiyənin müxtəlif dairələri ölkə rəhbərliyinə Suriya ordusuna şiddətli cavab verilməsi üçün çağırışlar edir.

Bütün bu yaşananlar Suriyanı və Türkiyəni hara sürükləyir və Suriyada böyük güclərin qarşıdurması qaçınılmaza çevrilirmi?

Mövzunu PİA.az-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “İran açıq-aşkar Suriya uğrunda Türkiyə ilə müharibəyə getməyə hazır olduğunu və bunun üçün siyasi iradəsini ortaya qoyub”.

İndiki gərginləşmənin başlamasının əsas səbəbini Türkiyənin buraxdığı səhvdə görən politoloq PİA.az-a açıqlamasında fikrini onunla əsaslandırıb ki, vaxtı ilə Rəcəb Tayyib Ərdoğan FETO-ya qarşı mübarizə adı ilə çoxlu miqdarda Türkiyə hərbiçisini həbsə atdırdı. Buna görə də bu gün Türkiyədə hazırlıqlı peşəkar hərbiçi qıtlığı var:

“Türkiyə İdlibdə Rusiya ilə üz-üzə gəlmək məcburiyyətindədir. Məlumdur ki, Suriya ordusu yoxdur. Əgər Rusiya Suriyadan əlini çəksə, bir həftədən sonra nəinki Suriya ordusu, heç Suriya dövləti də mövcud olmaycaq. Buna görə də Türkiyə-Suriya qarşıdurmasını Türkiyə-Rusiya qarşıdurması kimi qəbul etmək lazımdır.

Çox təəssüf ki, hadisələr bu istiqamətdə gedir. Onu da qeyd edim ki, Rusiya Türkiyə qarşıdurmasından bizim cəmiyyət də əziyyət çəkə bilər.

Xüsusi olaraq bildirim ki, indiki gərginləşmənin başlamasının əsas səbəbi Türkiyənin buraxdığı səhvdir. Vaxtı ilə Rəcəb Tayyib Ərdoğan FETO-ya qarşı mübarizə adı ilə çoxlu miqdarda Türkiyə hərbiçisini həbsə atdırdı. Buna görə də bu gün Türkiyədə hazırlıqlı hərbiçi qıtlığı var. Siyasi proseslər isə elə gətirdi ki, Türkiyə Suriyada ola-ola, həm də Liviyada olmaq istədi. Liviyaya qoşun yeridərkən İdlibdə olan yüksək hazırlıqlı hərbiçilərinin böyük bir qismini götürüb Liviyaya göndərdi. Rusiya da bunu gördü və başa düşdü ki, artıq Türkiyənin Suriya ərazisində lazımı qədər profesional hərbiçisi yoxdur. Buna görə də Rusiya Suriya ordusuna göstəriş verdi. Bu günlərdə də Suriya ordusu artıq İdlibin yarısına nəzarət edir.

Mübariz Əhmədoğlu: “Əvvələr Ərdoğan ordusu Suriyada itkisiz hərəkət edə bilirdilərsə, artıq bu mümkün deyil”.

Ən vacib məsələ isə odur ki, Suriya ordusu Hələb-Dəməşq yolun ələ keçiriblər. Bildiyimiz kimi Türkiyənin həm indi, həm gələcək planlarında bu marşrut çox əhəmiyyətə malik idi. Amma indi həmin marşrut Suriya ordusunun nəzarəti altındadır. Türkiyə də Suriyada itirdikləri ilə barışmaq istəmir. Buna görə də ultimatum verir. Həmçinin də əlavə qoşun yığır ki, haçansa, hüçum edəcək.

Onu da qeyd edim ki, Suriya qoşunlarında olan itkilər Türkiyə mətbuatının, Türkiyə rəsmilərinin dediyi miqdarda deyil. Yəni dünyanın bütün aparıcı mətbuatı Suriyada baş verənlərə çox həssasdır.

Xüsusilə bu mövzuya Rusiyaİran mətbuatı çox həssasdır. Onlar Suriya ordusunun itkisindən yazır. Onların itki ilə bağlı dediyi rəqəmlər Türkiyə mətbuatının dediyi rəqəmlərdən qat-qat kiçikdir.

Hesab edirəm ki, Türkiyə Suriyada daha çox itki verməkdən çəkinmək istəyirsə, hökmən pauza götürməlidir. Türkiyə dincəlməli və daxili qüvvəsini və iqtisadiyyatını gücləndirməlidir.

ABŞ isə yaranmış vəziyyətdən sui-istifadə edir. Yəni ABŞ Türkiyəni dəvət edir ki, Rusiyadan əl çək və ABŞ-ın “kürd planı”nı qəbul et. Bu da Türkiyənin elitasında yaxşı qarşılanmayacaq. Həm də Türkiyə ABŞ-a tərəfə dönsə, İran açıq şəkildə Türkiyəyə qarşı müharibə elan edəcək.

Mübariz Əhmədoğlu: “ABŞ yaranmış vəziyyətdən sui-istifadə edir. Yəni ABŞ Türkiyəni dəvət edir ki, Rusiyadan əl çək və ABŞ-ın “kürd planı”nı qəbul et”.

Elə məsələ var ki, bu məsələyə nə bizim cəmiyyət, nə də region dövlətlər fikir vermədi. Türkiyə Suriyaya qoşun yeridən kimi İran özünün Türkiyə ilə sərhəddində hərbi təlimlər keçirdi. Hətta Türkiyə hərbiçilərini Türkiyə sərhəddindən sıxışdırdı. Səhv etmirəmsə iranlılar sərhəddə 2 türk hərbiçisini də öldürdü. Türkiyə hələ buna cavab verməyib. Yəni İran açıq-aşkar siyasi iradəsini ortaya qoydu ki, Suriya uğrunda Türkiyə ilə əməliyyata getməyə hazırdır. Təbii ki, belə olan halda Rusiya Suriyada Türkiyəyə qarşı həm İran ordusuna dəstək verəcək, həm də Suriya ordusunu yenidən gücləndirəcək.

Bütün bunlara görə də əvvələr Ərdoğan ordusu Suriyada itkisiz hərəkət edə bilirdilərsə, artıq bu mümkün deyil. Bir daha qeyd edim ki, Türkiyənin Suriyada lazimi qədər hazırlıqlı ordusu yoxdur və Türkiyənin iqtisadiyyatı uzunmüddətli müharibəyə imkan vermir. Buna görə də düşünürəm ki, Türkiyə pauza götürüb hərbiçiləri gücləndirməlidir, hətta həbsdə olan hərbiçiləri azadlığa buraxmalıdır. Ərdoğan seçim etməlidir. Ya həbs etdirdiyi yüksək hazırlıqlı hərbiçiləri azad etməlidir, ya da iqtisadiyyatını dirçəltməlidir. Yalnız bundan sonra Türkiyə Suriya uğrunda yenidən mübarizəyə başlasa, uğur əldə etmək şansı xeyli artar”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar