Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevirin icra başçısı "dağın başından" nə zaman düşəcək?

İlham İsmayılov "pokazuxalıq" edibmiş...

"Mingəçevirin icra başçısı İlham İsmayılovu bizi görən gözü yoxdur. Dəfələrlə qəbuluna düşməyə cəhd etsək də, bu, mümkün olmayıb. Cəmi bir dəfə müavini ilə görüşə bildik ki, o da bizə başçı ilə görüşdürəcyi haqda vəd versə də, axırda aradan çıxdı. İndi heç müavini də tapa bilmirik".

Bu sözlər ünvanlanan bir qrup şəhid ailəsinin müraciətində yer alıb.

Narazı vətəndaşlar müraciətlərində onu da bildirirlər ki, İlham İsmayılov ümumiyyətlə özü ilə camaat arasında məsafə saxlayır: "Yalandan internetdə şəkil paylaşdılar ki, Mingəçevirin icra başçısı o qədər sadə adamdır ki, hətta marketə də tək gedir. Amma real olanını biz bilirik. Başçı əslində bu şəkli də məqsədli çəkdirib internetdə yaydırmışdı. Çünki həmin vaxt Prezident yeni icra başçılarına "gedin xalqın arasına" çağırışını edirdi. Ona görə də İlham İsmayılov da "pokazuxalıq" edərək "yuxarıları" beləcə aldatdı".

Şikayətçilər dia.az-a müraciətlərinin sonunda bildirirlər ki, başçıdan Prezident Administrasiyasına müraciət etməyə hazırlaşırlar: "Başqa yolumuz qalmır. Qoy, cənab Prezident Mingəçevirə də normal başçı göndərsin..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar