Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fələstin məsələsində yeni çərçivəyə doğru...

Köhnə yanaşmalar İsrail işğalına son qoymadığı və Fələstin dövlətini qura bilmədiyi üçün Ərəb-İsrail münaqişəsini yenidən ciddi şəkildə nəzərdən keçirməyin və ərəb dünyasının yeni yanaşmalarını qəbul etməyin vaxtı çatıb...

Mervan Muaşer
“The Independent” qəzeti, 11 Fevral 2020-ci il

Bir neçə dəfə təxirə salındıqdan sonra ABŞ rəhbərliyi nəhayət “Əsrin razılaşması” adlandırdığı planı elan edib. Plan gözləniləndən daha pis olub. Fələstinli dostumuz, hüquqşünas və aktivist Corc Salem bunu İsrail-Fələstin münaqişəsi tarixindəki mövcud vəziyyətdən daha pis olan ilk təklif kimi qiymətləndirib. Planı nəzərdən keçirdikdə ortaya çıxan məntiqsizlik və təkəbbür aydın şəkildə görünür. Bu planı Fələstin və ərəb tərəflərinin qəbul etməsini tələb etmək daha da məntiqsizdir.

“Əsrin Müqaviləsi” İsrailin Qüdsün tək hakimi olmasını, həmçinin, Qərbi İordaniya və İordaniya vadisindəki bütün yaşayış məntəqələrini birləşdirməyi təklif edir.

Fələstinlilərə Qərbi İordaniyanın geri qalanı və Qəzza zolağı üçün danışıqlar aparmaq hüququ əldə etmək istəsələr, onların qəbul ediləcəyini deyirlər.

Bu danışıqların nəticəsi hələ də İsrailin özünün müəyyən etdiyi təhlükəsizlikdən asılıdır. Başqa sözlə, Qəzza zolağında qurulacaq Fələstin dövlətinin sərhədləri İsrailin təsdiqinə tabe olacaq.

Fələstinlilərdən İsraili yəhudi dövləti kimi tanımağı tələb edən plan daha da böyüyür. Hətta bu plan İsrailin Qərbi İordaniya ilə həmsərhəd bölgədə yaşayan ərəblərin Fələstin dövlətinə qoşularaq İsrail vətəndaşlığını ləğv etmələrini təklif edir.

Beləliklə, İsrail açıq bir etnik təmizləmə əməliyyatı ilə öz içindəki ərəblərdən xilas olub, tamamilə yəhudi dövləti olmağı arzulayır. Bu plan Fələstin dövlətinə qayıdacaq insanların sayını məhdudlaşdırır və fələstinlilərin geri qayıtmaq hüququnu rədd edir. Bu sayı təyin etmək hüququ (təhlükəsizliyi təhdid etmədən) isə İsrailə verilib. Təbii ki, Fələstin tərəfinə ödəniləcək heç bir kompensasiya yoxdur. Axı bu plana düzgün ad vermək lazımdır. Bu, sülh razılaşması deyil, guya iki dövlətli həll yolu haqqında danışan, lakin, əslində vahid “Aparteid” dövlətini birləşdirməyə çalışan bir razılaşmadır.

Plan Fələstin tərəfinin olmadığı və fələstinlilərə qarşı açıq bir təkəbbürlə elan edilib. Bunu nə ərəb, nə də Fələstin tərəfinin qəbul etməyəcəyi bəllidir. Əlbəttə ki, Ərəb Birliyinin planı rədd edən bir bəyannamə dərc etməsi də kifayət deyil. Yadımdadır, ABŞ-ın İraqa hücumundan 3 ay əvvəl Ərəb Birliyi müharibədən imtina etdiyini bildirən bir bəyannamə vermişdi. Bu açıqlama, əlbəttə ki, ABŞ-a mane olmamışdı.

Beləliklə, Ərəb-İsrail münaqişəsini ciddi şəkildə yenidən nəzərdən keçirməyin və yeni ərəb yanaşmalarının qəbul edilməsinin vaxtı çatıb. Çünki köhnə yanaşmalar İsrail işğalına son qoymağa və Fələstin dövlətini qurmağa kifayət etmir. Bunu edərkən aşağıdakılardan dərs çıxarmaq faydalı olar;

- Birincisi, iki dövlətli həll yolunu həyata keçirmək üçün təsirli bir plan olmadan, bu həlli yalnız şifahi olaraq tətbiq edən bir yanaşmanın faydası olmaz. Siyasi şərtlər, demoqrafik reallıq və İsrailin inadkarlığı fonunda belə bir həll yolu ancaq illüziya kimi qalacaq. Belə bir həll yolunda israr etmək, İsrailə yalnız daha çox ərazini işğal etməyə imkan verəcək. Bu, ona yalnız Qərbi İordaniya və Qəzzada deyil, həm də İsrail daxilindəki fələstinliləri öz torpaqlarından köçürməyə hazırlaşmaqda olan sahədə yeni reallıqlar yaratmaq üçün vaxt verməkdən başqa bir işə yaramayacaq.

Bundan əlavə, iki dövlətli həll yolu axtarmaqda israr etmək beynəlxalq birliyə İsrailin irqçi davranışlarına göz yumması üçün əsas verir. Bu, həll yolu əldə etmək üçün bu cür təcrübələrə göz yumulmasına şərait yaradır. İsrail, əksinə, iki dövlətli həll yolu ilə bağlı verdiyi vədin arxasında gizlənərək bütün Fələstin torpaqları, o cümlədən Qüds üzərində nəzarəti gücləndirməyə çalışır. Həmçinin, Fələstin dövlətlərindən birində yaşamaq mümkün deyil və İsrail fələstinlilərin gözləntilərini minimum səviyyədə təmin edir.

- İkincisi, İsrail istədiyi ərəb torpaqlarını heç bir danışıq prosesinə və beynəlxalq qanunlara əhəmiyyət vermədən birləşdirməyə başlayıb. Məsələn, Qüds və Qolan yüksəkliklərini ərazisinə öz ərazisinə birləşdirə bilib. İndi İordaniya vadisi və bütün yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirməyə və İsrail dövlətindəki üçbucağı ərəb vətəndaşlarından təmizləməyə hazırlaşır.Təl-Əviv qalan fələstinlilərə qarşı etnik üstünlük yaratmaqla yəhudi varlığını və etnik təmizlənməni artırmaq istəyir.

Bu məlumatlara görə, Ərəb-İsrail münaqişəsinin həllinə dair köhnə yanaşmalar, yəni Madrid Prosesi və Oslo Sazişində israr etmək İsrailin istədiyi torpaqları ələ keçirməsinə, sakinləri qovmasına və prosesin nəticəsiz qalmasına səbəb olacaq. İordaniya və ya Misir torpaqlarından qovulan fələstinliləri qəbul edəcək və ya sonu bilinməyən bir taleyə məhkum edəcəklər.

Belə bir planı dayandırmaq üçün hərbi gücümüz yoxdursa, İsrailin bunu etməsində niyə imkan veririk?

Düşünürəm ki, Fələstin-İsrail münaqişəsində yeni bir Fələstin yanaşmanın vaxtı çatıb. İsrail tərəfi işğala son qoymağı və yaşamaq üçün uyğun olan bir Fələstin dövləti qurmağı rədd edir. ABŞ da onu dəstəkləyir və beynəlxalq cəmiyyət də buna göz yumur.

Fələstin Milli İdarəsi Fələstin xalqının mövcudluğunu qorumaq və hətta, bir həll yolu əldə etmək baxımından artıq etibarını itirib. Bütün bunların fonunda, Netanyahunun seçdiyi torpaqları işğal etməsinə imkan vermək əvəzinə, Fələstin tərəfi Qərbi İordaniya və Qəzzanı işğal vəziyyətinə qaytarsın və vahid dövlətdə, yəni İsrailin qanadları altında bütün hüquqları ilə birləşərək bərabər vətəndaşlıq tələb etsin.

Düzdür, bu cür addım Fələstin yanaşmasında köklü dəyişiklik etmək deməkdir. Lakin Fələstin xalqı arasında bir çoxları İsraildə yaşayan ərəblərdən Əymən Əvdə, Əhməd ət-Teybi, Hanin əz-Za və başqalarının fələstinlilərin hüquqlarını daha güclü şəkildə müdafiə etdiklərini düşünməyə başlayıblar.

Fələstinlilərin Fələstin Milli Hakimiyyəti ilə müqayisədə öz hüquqlarını qorumaq gücünə sahib olduqlarını düşünməyə başladığı da bir həqiqətdir.

Burada çox vacib bir məqamı diqqətdən qaçırmamalıyıq. Beynəlxalq ictimaiyyətin, hətta ABŞ xalqının da bərabərhüquqlu yanaşmaya qarşı çıxması çətin olacaq və bütün dünya fələstinlilərə nə dövləti, nə də hüquqları olmadığını deyə bilməyəcək.

İsrailin işğalını qanuni şəkildə, danışıq yolu ilə və ya hərbi yolla dayandırmaq üçün həqiqi bir ərəb yanaşması və beynəlxalq iradə olmasa, Fələstin tərəfinin qarşısında bu yanaşmadan başqa bir yol olmayacaq. Bu yanaşma Qüds də daxil olmaqla, Fələstin torpaqlarında uzunmüddətli qanuni yaşayışa zəmanət verəcək. Qalanları isə zamana və demoqrafik amillərə zəmanət verəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar