Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boşanma sayı yüksək olan şəhərlər məlum oldu

Ötən il Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 63 869 nikah və 17 148 boşanma halları qeydə alınıb...

 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2018-ci illə müqayisədə dəyişməyərək eyni səviyyədə (6,4) qalıb, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Əhalinin hər 1000 nəfərinə nikahlar Aran və Kəlbəcər-Laçın (6,9), Dağlıq Şirvan (6,8), Şəki-Zaqatala (6,6), Quba-Xaçmaz və Yuxarı Qarabağ (6,5) iqtisadi rayonlarında ölkə səviyyəsindən (6,4) yüksək olub, boşanmalar isə Bakı şəhərində və Kəlbəcər-Laçın (2,3), Abşeron və Yuxarı Qarabağ (2,0) iqtisadi rayonlarında ölkə səviyyəsindən (1,7) yüksək olub.

Bundan başqa, keçən il Daxili İşlər Nazirliyi Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2042 nəfər gələn və Azərbaycandan 1654 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 388 nəfər təşkil edib.

pia.az


Etiket: boşanma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar