Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Məmmədov: “Pub”larımızda yetərincə pivə yox idi”

Azərbaycan futbolunda inkişaf olub...

“AFFA son illərdə beynəlxalq yarışları təşkil edib. 2012-ci ildə qadınlar arasında dünya çempionatı Bakıda baş tutdu. Bundan sonra aktiv idman tədbirlərinə keçdik. 2016-cı ildə 17 yaşlılar arasında Avropa çempionatı ölkəmizdə keçirildi. Məhz 2012-ci ildəki təcrübədən yararlandıq”.

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbirdə deyib.

O əlavə edib ki, Azərbaycan futbolunda inkişaf olub:

Bakı şəhərində infrastrukturlar var və hamısı istifadə edilir. Avropa Liqası finalında şansımız gətirdi ki, iki ingilis nəhəngi buraya gəldi. Üç gün ərzində 38 min turist ölkəyə gəldi. İnfrastrukturdan danışanda təkcə stadionlar nəzərdə tutulmur. Buraya hava limanı, yollar, nəqliyyat, “pub”lar, restoranlar daxildir.

Zəif cəhətimiz var idi. “Pub”lar lazımi səviyyədə işləmədi. Yetəri qədər pivə yox idi. İngilislər ucuz olmasından istifadə edib həddən çox pivə içdilər. Ümid edirəm ki, “pub”lar bizə Avropa çempionatı zamanı problem yaratmayacaq”.

Məmmədov Bakıda baş tutacaq AÇ-2020-nin oyunlarından danışıb:

“12 ölkədə bir yarışı təşkil etmək UEFA üçün çətin işdir. Yerli təşkilat komitəsinə böyük iş düşəcək. Ümid edirəm ki, təcrübədən lazımi səviyyədə yararlanacağıq. Bu tədbir ölkəmiz üçün gəlirdir. 111 min bilet xaricilər tərəfindən alınıb. Hər kəsə tövsiyə edirəm ki, biletlər alsın”.(qafqazinfo)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar