Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda nağdsız ödənişlər 17 mlrd. manatadək arta bilər

Azərbaycanda 2018-2020-ci illərdə rəqəmli ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramının icrası nəticəsində nağdsız ödənişlərin illik həcmi təqribən 17 mlrd. manatadək arta bilər...

Bunu Bakıda keçirilən "Visa Cashless Forum"unda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu, nağdsız ödənişlərin payını hər il 7% artmasına imkan verəcək.

"Nəticədə, iqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%-ə qədər azalacaq. Azərbaycanda ötən il Banklararası Milli Hesablaşmalar Sistemi üzrə ödənişlərin məbləği azalsa da, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq və sürətli pulköçürmə sistemləri üzrə köçürmələr artıb. Ümumilikdə, ölkədə ödəniş və pulköçürmə sistemləri üzrə əməliyyatların sayı 2019-cu ildə 40% artıb. Ötən il ödəniş kartlarının sayı 11,2% artmaqla 7,3 milyona çatıb. Həmçinin, ötən il debit və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38%, məbləği isə 31% artıb", - deyə V. Qasımlı bildirib.

O həmçinin əlavə edib ki, 2019-cu ildə ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə ödənişlərin sayı 67%, məbləği isə 97% artıb.

"Azərbaycanda son bir ildə ATM-lər vasitəsilə nağdsız ödənişlər cüzi azalsa da, POS-terminallar üzrə nağdsız ödənişlər 20%-ə qədər artıb. Lakin ATM və POS-terminalların sayı aşağı sürətlə artır, xüsusən regionlarda azalma müşahidə edilir. Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə rəqəmli vergi inzibatçılığının inkişaf etdirilməsi üçün elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub. Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq ki, bu da nağdsız ödənişlərin stimullaşdırılması deməkdir", - deyə V. Qasımlı qeyd edib.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar