Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ankara Moskva ilə bu qədər yaxınlaşmamalı idi” - Politoloq

İdlib qarşıdurmasının Suriya münaqişəsinə hansı təsirləri ola bilər?...

Politoloq: “Türkiyə-Rusiya strateji əməkdaşlığı İdlibdə çətin sınaq qarşısındadır”.

“Qərb baş verən prosesləri diqqətlə izləyir və Rusiya ilə Türkiyə arasında bağların qopmasını gözləyir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə İdlibdə baş verən hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi dünən İdlibdə Suriyanın İdlib şəhərində Bəşər Əsəd rejimi və dəstəkçilərinin hücumuna məruz qalan Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri həlak olub, 5-i yaralanıb.

Milli Müdafiə Nazirliyi Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən açıqlamaya görə, İdlibdə insidentlərin qarşısını almaq, sərhəd təhlükəsizliyini təmin etmək, miqrasiya və insanlıq dramının səviyyəsini minimuma endirmək üçün bölgəyə göndərilən ordu rejim tərəfindən top atəşinə məruz qalıb. Hücumlara türk ordusu tərəfindən lazımi qaydada cavab verilib.

Qeyd edək ki, bənzər hadisə 3 fevralda da yaşanmış, 8 türk əsgəri həlak olmuş, 13-ü yaralanmışdı.

Göründüyü kimi Türkiyə İdlibdə Suriya ilə demək olar ki, müharibə edir. Rusiyaİran isə Türkiyənin İdlibdən çəkilməsini istəməkdədir. İdlib qarşıdurmasının Suriya münaqişəsinə təsirləri ilə bağlı nə demək olar və bu qarşıdurma böyüyərsə, Türkiyənin Rusiyaya arxa çevirib ənənvi Qərb cəbhəsinə keçməsi mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Əgər Rusiya Türkiyənin maraqlarını heçə sayarsa, Ankara ABŞ-la birgə hərəkət edə bilər”.

Rusiya nümayəndə heyətinin danışıqlar üçün Ankarada olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında bildiirb ki, bu danışıqlardan müsbət irəlləyiş gözlənilmir. Çünki, İdlib məsələsində Türkiyə geri çəkilərsə, bu onun təhlükəsizliyi üçün problemə yol aça bilər:

“Türkiyə-Rusiya strateji əməkdaşlığı İdlibdə çətin sınaq qarşısındadır. İlk növbədə Soçi anlaşması Rusiya tərəfindən pozulub və Ankaranın təhlükəsizliyini təhdid edəcək bir mərhələyə imza atdı. Əsəd ordusuna dəstək verərək, Türkiyənin nəzarətində olan İdlibə hərbi müdaxilə edilməsi, türk əsgərlərinin vurulması iki ölkə arasında artıq savaş deməkdir. Bu mqharibəni Rusiya Əsədin əli ilə aparıri.

Təbii ki, Ankara Moskva ilə bu qədər yaxınlaşmamalı idi. Putin Ankaranın burada maraqlarını tanımamaqda maraqlı görünür. Göründüyü kimi Əsəd qüvvələrinə Türkiyə böyük zərbələr endirir. Rusiyadan nümayəndə heyəti danışıqlar üçün Ankaradadırı. Amma bu danışıqlardan müsbət irəlləyiş gözlənilmir. Çünki, İdlib məsələsində Türkiyə geri çəkilərsə, bu onun təhlükəsizliyi üçün problemə yol aça bilər.

İranda Türkiyəyə qarşıdır. Əgər Rusiya Türkiyənin maraqlarını heçə sayarsa, Ankara ABŞ-la birgə hərəkət edə bilər.

Qərb baş verən prosesləri diqqətlə izləyir və Rusiya ilə Türkiyə arasında bağların qopmasını gözləyir. Amma, Rusiya fürsəti əldən verməyəcək. Çalışacaq ki, Ankara ilə əlaqələrə zərbə vurmasın. Çox çətin vəziyyət yaşanır və Türkiyənin qərarlığı Rusiyanın geri çəkilməsi ilə nəticələnə bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar