Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlılar İlham Əliyevdən nə gözləyir?..

Azərbaycanda yenilik küləyi əsir - Seçkilər və islahatlar...

Həsən Öztürk

“Yeni Şafak“ qəzeti, Türkiyə, 11 Fevral 2020-ci il

Buz kimi fevral ayında otel otağından Bakını seyr edirəm. Qarşımda Xəzər dənizi, sağda Şəhidlər xiyabanı, ootelin arxasında “Tarqovi” meydanı, bir az irəlidə isə İçərişəhər var. Yeniliklə qədimlik, ənənə ilə müasirlik yan-yanadır.

Bakı - məşhur küləklər şəhərlər. Külək qurudan dənizə doğru şiddətlə əsir. Xəzərin sahillərində kiçik qasırğalara şahid oluram.

Bu mənzərə son dönəmlərdə Azərbaycan siyasətində əsən sərt küləkləri xatırladır.

Yeni dönəm, yeni parlament

Prezident İlham Əliyev 5 dekabr 2019-cu ildə Azərbaycan Milli Məclisini buraxıb və erkən seçki keçirilməsinə qərar verilib. 9 Fevral 2020-ci il isə həmin seçki günü idi. Təxminən 5,5 milyon azərbaycanlı 125 yerdən ibarət parlament üçün səs verib.

Normal şəraitdə 2020-ci ilin noyabr ayında keçirilməli olan seçkilər daha erkən baş tutub. Çünki Azərbaycanda 2015-ci il neft böhranından sonra başlayan dövlətin yenidən qurulması prosesi, 2019-cu ildə daha da sürətlənib. Qeyri-neft sektorlarının tanıdılması ilə başlayan prosesdə bazaya sərvətlərin yayılması prosesinə də start verilib. Həmçinin, Azərbaycanda ilk dəfə 2019-cu ildə “Sosial büdcə” hazırlanıb. Bu büdcənin tələbi olaraq, həmin il minimum əmək haqqı tədricən artırılıb və vergi tənzimləmələri edilib. Ödənilməyən kreditlər və faizlərlə bağlı çox ciddi addımlar atılıb. Az gəlirli vətəndaşlar məmnun edilib.

Dövlət-millət birliyi üçün də kanallar açılıb. Prezident İlham Əliyev və həyat yoldaşı, birinci müavini Mehriban Əliyeva əhali ilə görüşüb .

Əliyev xalqın etimadını doğruldub 

Axırıncı dəfə Bakıda 12 aprel 2018-ci ildə keçirilən prezident seçkilərini müşahidə etmiş və “Azərbaycanlılar Əliyevdən nə gözləyir” başlığı altında aşağıdakıları qeyd etmişdik:

- Təbii qaz və neftdən kənar gəlirlərlə bağlı dövlət tərəfindən yeni tədbirlər həyata keçirilməlidir. Bu baxımdan, kənd təsərrüfatı və heyvandarlıqla yanaşı, turizm sahəsində də hökumətin stimullaşdırılmasına­ diqqət yetirilir.

- Gəlir ədalətsizliyi ilə əlaqədar təcili tədbirlər görülməlidir. Azərbaycan zənginləşən, inkişaf edən və böyüyən bir ölkədir, lakin vətəndaşlar rüşvət və qanunsuzluq hadisələrindən əziyyət çəkir.

- Minimum əmək haqqının artırılması və işsizliyin azaldılması üçün də böyük gözləntilər var.

O vaxtdan bəri yeni siyasətlərin həyata keçirilməsi üçün yeni kadrlar vəzifələrə cəlb olunub.

Köhnə aktyorların bir hissəsi kənara çəkilərkən, yeni, gənc, təhsilli və rasional perspektivli kadrlar meydana çıxarılıb. Prezident İlham Əliyev parlamentin bu yeni vəziyyətlə ayaqlaşması üçün növbədənkənar seçki keçirilməsinə qərar verib.

Bu yeniliklərdə Mehriban Əliyevanın rolu 

Azərbaycanda baş qaldıran yenilənmə prosesində prezident İlham Əliyevin ən böyük köməkçisi, şübhəsiz, həyat yoldaşı xanım Mehriban Əliyevadır.

Bakının simasını dəyişən Mehriban Əliyeva millət vəkili olarkən, daha sonra birinci vitse-prezident təyin edilib. “Tarqovi” meydanını, işıqlı Bakıda gecələrini və binaların üzərindəki oymaları görənlər Mehriban xanımın nələr etdiyini başa düşəcəklər. Təkcə bunlardan ibarətdir? O, gənclərin, qocaların, qadınların və digər az gəlirli vətəndaşların problem olan kimi müraciət etdiyi bir insandır.

Mehriban Əliyeva son vaxtlarda önəmli bürokratların, hətta prezident kadrlarının yerinin dəyişdirilməsində rol oynayıb. Həmçinin, parlamentin yenilənməsi prosesində də ön plana çıxıb. Hazırda Azərbaycanda Əliyevdən sonra ən nüfuzlu şəxs Mehriban Əliyevadır.

Belə bir atmosferdə keçirilən seçki ilə bağlı MSK rəhbəri 02:00-da təşkil edilən mətbuat konfransında deyib: “Fövqəladə şəkildə pis olan hava şəraiti ucbatından seçkidə iştirak edənlər nisbəti cəmi 50% olub”.

Seçki prosesi yenə sosial mediada tənqid edildiyi üçün MSK prezidenti hamısının araşdırılacağını bildirib.

Vəziyyət bu yerdə olduğu üçün indiyədək dəqiqləşdirilməyən 6 seçki bölgəsi ilə bağlı müzakirələr davam edir.

119 seçki dairəsində isə Əliyevin partiyası olan YAP-dan 65, müstəqil namizədlərdən 43, digər partiyalardan isə 10 nəfər deputat seçilib.

Bu mənzərə müstəqil namizədləri parlamentdə güclü bir qrup halına gətirir.

Əldə etdiyim məlumatlara görə, əvvəllər millət vəkili olmuş YAP namizədlərindən 48-i yenidən seçilib. Müxalifət partiyası liderləri də parlamentə girə biliblər. Keçmiş müstəqil namizədlərdən də bir neçəsi istisna olmaqla, qalanları seçkidə qalib gəliblər.

Görünür, yaxın gələcəkdə Azərbaycanı yeni bir seçki gözləyir. Azərbaycanın yerli demokratiyaya nail olması və Türkiyə-Azərbaycan əlaqələrinin yenə güclü olması bizi çox sevindirər. Ən önəmlisi isə Azərbaycanla Türkiyənin gələcəyidir.

Azərbaycanın seçkiləri xeyirli və uğurlu olsun.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar