Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AZAL vaxtı uzatdı - Bakıdan Çinə uçuşlar bu tarixdə bərpa ediləcək

“Təəssüf ki, mart ayında uçuşlar yoxdur. 31 martdan etibarən uçuşlar bərpa ediləcək”...

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib.

Xatırladaq ki, AZAL Bakı-Pekin aviareysi üzrə uçuşları müvəqqəti dayandırıb. Daha öncə aeroportun rəsmi açıqlamasında bildirilmişdi ki, Bakı-Pekin aviareysi martın 8-dən etibarən bərpa olunacaq.

Bu barədə "Yeni Sabah"a danışan Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, baş verənlər Azərbaycan turizminə ciddi təsir edəcək:

“Bilirsiz ki, Azərbaycan Hava Yolları aviareysləri bağlayıb. Hər il bu təkrar olunurdu. Amma bu qədər uzun müddəti əhatə etmirdi. Əvvəllər fevral ayının əvvəli və ortasına kimi bağlanardı, bu il isə vəziyyət fərqlidir. Azərbaycan Hava Yolları mart ayının sonuna kimi reysləri bağlamaq qərarı alıb.

Bu, həm çinli turistlərin, həm də Pekin-Bakı reysi ilə uçan başqa ölkə vətəndaşlarının Azərbaycana gəlməsinə əngəl törətdi. Tranzit uçan turistlər var idi ki, onlar bu vaxt çərçivəsindən istifadə edərək, burada müəyyən xərclər edirdilər. Aydındır ki, koronavirus turizmə təsir edəcək. Rəsmi rəqəmləri bir müddət sonra açıqlayacağıq”.

pia.az


Etiket: AZAL


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar