Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermitaj Azərbaycan muzeyi ilə əməkdaşlıq edəcək

Ermitaj Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb...

“Report” “Peterburqskie vedomosti”yə istinadən xəbər verir ki, ilk birgə aksiya noyabr ayında Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu zamanı açılacaq xalça sərgisi olacaq.

2020-ci ildə Azərbaycan forumun qonaq ölkəsidir.

Saziş çərçivəsində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova və Ermitajın qiymətli və arxeoloji metalların elmi bərpası laboratoriyasının müdiri İqor Malkielin koordinatoru olacağı “Pazırıq xalçası” layihəsi nəzərdə tutulur. Bu laboratoriyada görmə qabiliyyəti zəif olanlar üçün əl işlərinin irihəcmli modellərinin yaradılması üçün metod işlənib hazırlanıb. Bu sərgidə dünyanın ən qədim, e.ə. IV-III əsrlərə aid edilən xalçasına məhz bu metodla da baxmaq olacaq.

Azərbaycan Milli Xalça Muzeyində unudulmuş xalçaçılıq texnologiyasını bərpa edən tədqiqat mərkəzi var. Toxucular görmə qabiliyyəti zəif olan insanlar üçün Pazırıq xalçasının fraqmentlərinin irihəcmli nüsxələrini yaratmaq məqəsdilə Ermitajın metodologiyasını və öz bacarıqlarını birləşdirəcəklər. Bu həm də hər kəsin köhnə ustaların əməyini daha yaxşı qiymətləndirməsinə imkan verəcək.

pia.az


Etiket: muzey


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar