Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubad İbadoğlunun qızı haqda nazirlikdən açıqlama: “Xəsarətlərin dərəcəsi...”

İqtisadçı Qubad İbadoğlu parlament seçkilər günü qızı Jalə Bayramovaya qarşı Lənkəran rayonu Şürük kəndində yerləşən 16-cı məntəqədə baş verən fiziki zordan və təzyiqlərdən danışıb...

O bildirib ki, qızı məntəqədəki saxtakarlığa mane olduğuna görə, bu hadisə baş verib və indiyə kimi bu işlə əlaqədar heç kim cəzalandırılmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, J.Bayramova məntəqədəki saxtakarlığa mane olduğuna görə deyil, məntəqəyə gələn seçiciləri videoya çəkdiyinə görə bu hadisə baş verib:

“Məntəqə sədrinin çağırışı ilə oraya daxil olan polis əməkdaşları Jaləni Rayon Polis Şöbəsinə gətirərək, müvafiq qaydada onun ərizəsini və izahatını alıblar. Dünən isə J.Bayramovanı RPŞ-nin rəisi şəxsən qəbul edib, dinləyib və xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün tibbi ekspertizaya göndərilməsi də təmin edilib. Yəni, bu hadisə ilə əlaqədar RPŞ-də bütün zəruri tədbirlər həyata keçirilib”.

E.Zahidov onu da vurğulayıb ki, tibbi ekspertin rəyindən və bununla bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək. (OXU.AZ)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar