Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erkin Qədirli: “Məni söyməyi bitirəndə, xəbər edin, birlikdə işləyək"

“Məni söyməyi bitirəndə, xəbər edin, birlikdə işləyək. Sizə lazım olacağam, elə siz də mənə lazım olacaqsınız”...

Bu sözləri Respublikaçı Alternativ Partiyasının (REAL) yetkilisi Erkin Qədirli bildirib.

Erkin Qədirli fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən “ REAL Cümhuriyyətçilər” blokunun namizədi olub. Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı nəticələrə görə 35.6 faiz səslə qalib gəlib.

Seçkidən sonra mətbuat konfransı keçirərək halal qazandığını deyən Erkin Qədirli mandatdan imtina etməyəcəyini bildirib.

Bundan əvvəl isə hansı hallarda mandatdan imtina edəcəyini açıqlamışdı: “Dedi-qodulara deyil, ölçüləbilən nəsnələrə birlikdə baxarıq. İndidən bildirirəm ki, deputat seçilməyim aşağıdakı hallardan birinin baş verməsi fonunda elan olunarsa, deputatlığımdan imtina edəcəyəm:

1) ATƏT-in mənfi rəyi;

2) dairəmdə karusel və/və ya bülletendoldurma;

3) dairəmdə yerləşən iki hərbi hissədə olan (seçki dislokasiyaları dəyişdirilməsə) şəxsi heyətinin səslərinin mənim xeyrimə yazılması;

4) protokollardakı nəticələrin mənim xeyrimə saxtalaşdırılması”.

İndi ictimai-siyasi seqmentin müxalif kəsimi onu vədinə xilaf çıxmaqda ittiham edir.

Erkin Qədirli isə təhqirlərə önəm vermədiyini deyir: “Söyüşlərinizə önəm vermirəm. Məni söyməyinizə baxmayaraq, mənimlə rahat ünsiyyət saxlaya bilərsiniz, çünki bundan sonra mənim sizə vəzifə borcum olacaq. Qarşıda çoxlu iş var. Yaxşı işlər yavaş görülür”.(Yenisabah.az)

pia.az


Etiket: Erkin Qədirli


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar