Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbədənkənar parlament seçkilərinin nəticələri – Nə itirib, nə qazandıq?...

Bu seçkilərdə hansı yeniliklər müşahidə olundu və bütövlükdə 2015-ci il parlament seçkiləri ilə müqayisədə bu seçkiləri necə dəyərləndirmək olar? - Politoloqlarn şərhi

Zaur Məmmədov: “Bu parlament seçkilərinə xalqın axını digər seçkilərdən daha çox idi”.

Natiq Miri: “Bir insana seçim haqqını verən insan oğlu deyil. İnsanı insan edən, onu süurlu və iradəli varlıq edən bir də Allah var”.

Bildiyimiz kimi fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçirildi. Mərkəzi Seçki Komissiyası keçirilən erkən parlament seçkiləri ilə bağlı ilkin nəticələri açıqlayıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkinin “uğurlu” keçdiyini bildirib və ölkə üzrə ümumi seçki fəallığının 47,81 faiz olduğunu deyib.

Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov isə öz Facebook hesabında yazıb ki, exit-polların nəticələri, partiyasının “qələbə çaldığını göstərir”.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun sədri Zaur Məmmədova və Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Zaur Məmmədov: “2020-ci ildə həm yuxarı, həm də aşağı institutlarda aparılacaq islahatların şahidi olacağıq”.

Bu gün Azərbaycan dövlətinin modernləşən dünyada yeni idarəetmə sisteminə keçdiyini vurğulayan politoloq seçki dəyərləndirməsi ilə bağlı PİA.az-a açılamasında əlavə edib ki, ölkədə aparılan islahatlar bundan sonra da tutarlı olacaq:

“Bu parlament seçkilərinə xalqın axını digər seçkilərdən daha çox idi. Bunu seçki məntəqələrində tamamilə aydın şəkildə müşahidə etmək olardı.

Ümid var idi ki, bu parlament digərlərindən fərqli olacaq. Hər bir halda artıq seçkilər arxada qaldı. Biz yeni millət vəkilləri ilə Azərbaycanın gələcəyini qurmaqda davam etməliyik. Seçilən millət vəkilləri də parlamentdə verəcəkləri qərarlara görə daha məsuliyyətli olmalıdırlar. Həmçinin işlərinə də daha peşəkarçasına yanaşmalıdırlar.

Zaur Məmmədova: “Millət vəkillərinin əsas vəzifəsi xalq ilə hakimiyyət arasında olan bağlantını möhkəmləndirməkdir”.

Təbii ki, millət vəkillərinin əsas vəzifəsi xalq ilə hakimiyyət arasında olan bağlantını möhkəmləndirməkdir. Həm də millət vəkilləri idarəsindəki seçiçilərin problemlərində onlara kömək etməli və onlarla mütəmadi görüşlər keçirməlidir.

Bu gün Azərbaycan dövləti modernləşən dünyada yeni idarəetmə sisteminə keçməkdədir. Ölkədə aparılan islahatlar bundan sonra da tutarlı olacaq. Biz 2020-ci ildə həm yuxarı, həm də aşağı institutlarda aparılacaq islahatların şahidi olacağıq”.

Natiq Miri: “Seçki institutunun və bütövlükdə siyasi sistemin inkişafı üçün mütləq mənada ölkədə təkcə majoritar qaydada seçki sistemi deyil, həm də partiyalar xətti ilə seçki sistemin də bərqərar olmasına hakimiyyət maraqlı olmalı idi”.

Xalqın seçkilərdə zəif iştirak etdiyini vurğulayan politoloq PİA.aza-a açılamasında bildirib ki, seçkilər sonra xalqın islahatlara olan inamına və Azərbaycan dşvlətinin beynəlxalq imicinə ziyan vurdu:

“Hakimiyyət ilk islahatlara məhz MSK və seçki institutundan başlamalı idi. Amma belə bir dəyişikliyi görmədik. Hətta seçki institutunun və bütövlükdə siyasi sistemin inkişafı üçün mütləq mənada ölkədə təkcə majoritar qaydada seçki sistemi deyil, həm də partiyalar xətti ilə seçki sistemin də bərqərar olmasına hakimiyyət maraqlı olmalı idi. Bu siyasi sistemin və partiyaların inkişafına gətirib çıxaracaq bir model olardı ki, hakimiyyət buna getmədi. Bu faktın özü də bir daha onu göstərdi ki, hakimiyyət ictimaiyyətin fəallaşmasında o qədər də maraqlı deyil.

Ona görə də hesab edirəm ki, növbədənkənar parlament seçkiləri siyasi komediya idi. Bu siyasi komediya əvvəlki seçki oyunlarından fərqləndiyini ortaya qoymadı. Yenə də xalq seçkilərdə iştirak etmədi. Əksər dairələrdə aparılan müşahidələr göstərir ki, 8-10 faizdən yuxarı seçiçi seçki prosesində iştirak etməyib. Bu məsələnin acınacaqlı tərəfidir.

Natiq Miri: “Hakimiyyət ictimaiyyətin fəallaşmasında o qədər də maraqlı deyil”.

Bir insana seçim haqqını verən insan oğlu deyil. İnsanı insan edən, onu süurlu və iradəli varlıq edən bir də Allah var. Bu seçim haqqını da insana verən onu yaradandır. Buna görə də mən bu seçkini bir siyasi komediya olaraq dəyərləndirdim.

Bu seçkinin iki mənfi tərəfi var:

1. Beynəlxalq səviyyədə növbəti dəfə Azərbaycan dövlətinin imicinə ziyan vuruldu.

2. Xalqın gələcək prespektivdə yeni islahatların keçirilməsinə olan inamını birdəfəlik dəfn etmiş oldular.

Düşünürəm ki, bu təsirlər də hakimiyyətin xeyrinə deyil, zərərinə işləyən çox ciddi siyasi faktordur. Biz seçki prosesində də bunu müşahidə etdik. Keçmiş deputatları xalq görüşdə qovurdu. Bu faktın özü göstərirdi ki, artıq xalq təyin olunmuş deputatlara dözmək fikrində deyil. Əgər hakimiyyət özünə qulluq edəcək güclü parlament formalaşdırdığını düşünürsə, bu yanlış fikirdir.

Qeyd edim ki, gələcək prespektivdə hakimiyyət bunun acı meyvələrini dadmış olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Seçki Nəticə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar