Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

RF XİN: Seçkilərin müvəffəqiyyətlə keçirilməsi münasibətilə azərbaycanlı dostlarımızı təbrik edirik

"Seçkilərin müvəffəqiyyətlə keçirilməsi münasibətilə azərbaycanlı dostlarımızı təbrik edirik"...

Bu seçkilər Azərbaycan rəhbərliyinin ölkənin ictimai- siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəldilmiş islahatlarını əhalinin dəstəklədiyini göstərir.

Trend-in məlumatına görə, bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentinin RF XİN-in saytında yerləşdirilmiş şərhində yer alıb.

Şərhdə deyilir ki, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Azərbaycan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Prezident İlham Əliyevin başçılıq etdiyi hakim Yeni Azərbaycan Partiyası seçkilərdə liderlik edir.

Milli Məclisdəki 125 deputat yeri uğrunda 1314 namizəd mübarizə aparıb ki, bu da əvvəlki seçkilərlə müqayisədə təqribən iki dəfə çoxdur.

Seçkiləri çoxsaylı yerli (77 mindən çox) və xarici (883), o cümlədən Rusiyadan müşahidəçilər izləyib. Müstəqil Dövlətlər Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin müşahidəçilərinin fikrincə, seçkilər milli qanunvericiliyin tələblərinə müvafiq keçirilib, vətəndaşların seçki hüquqlarının kobud şəkildə pozulması faktları müəyyən olunmayıb.

RF XİN-dən təəssüflə bildiriblər ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan, ATƏT-in Parlament Assambleyasından, habelə Avropa Şurasının Parlament Assambleyasından olan müşahidəçilər reallığa uyğun olmayan qərəzli və subyektiv yekun rəylər bildiriblər.

Şərhdə deyilir: “Ümid edirik ki, Milli Məclisin deputat korpusunun yeni tərkibi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında sıx və konstruktiv qarşılıqlı fəaliyyət Rusiya İlə Azərbaycan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq ruhunda davam edəcək”.

pia.az


Etiket: XİN seçkilər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar