Cümə axşamı, 27 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+6 ° Quba
+6 ° Qusar
+13 ° Gəncə
+13 ° Lənkəran
+12 ° Naxçıvan
+13 ° Salyan
+11 ° Şəki

Makronun düşdüyü çıxılmaz vəziyyət Fransanı hara sürükləyəcək?..

Daxildə və xaricdə küncə sıxılmış Makron Atlantik cəbhəsində çıxılmaz vəziyyətə düşüb...

Ali Rza Taşdelen

“Aydınlık” qəzeti, Türkiyə, 10 fevral 2020-ci il

Makron izlədiyi xarici siyasətlə bizi heç təəccübləndirmir. Fransanın keçmiş prezidenti, sağçı mühafizəkar Nikolas Sarkozi və Sosial Demokrat Fransua Hollandın daxili siyasətdə neoliberal, xarici siyasətdə isə ABŞ tərəfdarı olduğu və Atlantikçi bir yol izlədiyi burada dəfələrlə deyilib. Makron sol ilə sağın sintezi kimi ortaya çıxarılıb. Makronun seçilməsi Fransanın daxili və xarici siyasətində bir dəyişiklik yaratmayıb.

Kapitalist sistemin problemi

2008-ci ildəki maliyyə böhranından sonra neoliberal qlobalist sistemin 80-ci illərdən bəri tətbiq etdiyi imperialist nizamın iflas prosesi başlanıb. Bu böhran onların həll edə bilməyəcəyi qədər böyük bir siyasi-iqtisadi problem yaratmışdı.

İflas edən sistem təkcə iqtisadi sahədə deyil, həm də siyasət və demokratiya sahəsində də çətinlik yaradıb. Demokratiyanın seçkilərdən və səs qutularından ibarət olduğunu müdafiə edən anlayış fərdi hər bir seçkidə iştirak edən maşına çevirib. Böhranın ən çox təsir etdiyi qurumlar isə “demokratik” sistemin əsas iştirakçıları olan siyasi partiyalardır.

“Demokratiyanın beşiyi” hesab edilən Avropada və dolayısı ilə Fransada sağdan və soldan olan bütün sistem partiyaları çıxılmaz vəziyyətə düşüblər və böhrandan çıxış yolu tapa bilməyiblər. Getdikcə çürüyən bu partiyalar fərqli proqramlar təklif edə bilmirlər və getdikcə eyniləşirlər.

Makron da çıxış yolu deyil

Makron soldan və sağdan iflas edən sistem partiyaları əvəzinə, qlobal qüvvələr və yerli ortaqlar tərəfindən bir layihə kimi hazırlanıb. Onun seçilməsi üçün medianın və kapitalın gücündən də istifadə edilib. Makrona səs verən seçicilər, əsasən, sosial demokratların və müəyyən qədər də sağ mühafizəkarlarla liberalların seçiciləri idi. Onsuz da hökumətdə Sarkozinin partiyasından və Sosialist Partiyasından ayrılan parlament üzvləri önəmli nazirliklərə təyin edilmişdi. Beləliklə, partiyalar və adlar da dəyişdirilib, lakin siyasi xətt həmişəki cizgidə davam edib. Bu, bir az da imperialist qloballaşma siyasətinin kapitalist ölkələrində yaratdığı təxribatın nəticəsi idi.

Makronun prezident seçildiyi gündən dərhal sonra “Makron Fransanı idarə edə bilməyəcək”, başlıqlı bir məqalə yazmışdım. Ertəsi gün də “Aydınlık”da verdiyim başqa bir xəbərin başlığı da “İqtidarsız prezident” idi. Cəmi bir il sonra başlayan “Sarı Jiletlilər” hərəkatı Fransanı sarsıtdı. Keçən il də pensiya islahatlarına görə tətillər və nümayişlər başlayıb. Hər iki hərəkat Makron hökumətinə qarşı birləşib və bu gün daha da böyüyərək davam edir.

Atlantik cəbhəsinə yerləşir

Makron xarici siyasətdə hər nə qədər ABŞ-dan uzaqlaşmaq və Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün çıxışlar etsə də, dünyanın təmizlənməsində Atlantik cəbhəsinin bir qüvvəsi kimi çıxış edir.

Suriya siyasətində və xüsusilə, İdlib böhranında bu gün ABŞ-la birgə hərəkət edir və Rusiya ilə Türkiyə arasındakı münasibətin pozulmasına ümid bəsləyir.

Şərqi Aralıq dənizində isə ABŞ-İsrail-Yunanısta­n cəbhəsindədir. Həmçinin, Cənubi Kiprdə hərbi baza qurmağa çalışır və Yunanıstana dəstək olmaq üçün Şərqi Aralıq dənizinə bir döyüş gəmisi göndərir. Yunanıstan Müdafiə naziri Nikos Panagiotopoulos Fransız hərbi gəmilərinin Şərqi Aralıq dənizində olmasının Yunanıstan və Fransa arasındakı əməkdaşlığın “konkret bir sübutu” olduğunu qeyd edib.

Türkiyə və Rusiyanın Liviyadakı vəziyyəti dəyişdirən addımlarından narahat olan Fransa burada da ABŞ-la birlikdə hərəkət edir.

Suriya və Şərqi Aralıq dənizində Atlantik cəbhəsinin tarazlığını pozan Rusiya-Türkiyə iş birliyinə görə ABŞ qədər, Fransa da narahat olur.

Daxildə və xaricdə küncə sıxılmış Makron Atlantik cəbhəsində çıxılmaz vəziyyətə düşüb.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Makron Fransa

Şərh yazın.


Digərxəbərlər

Yardımlıda DTX-nı gözləyirlər: “Bizi Mahir Mirzəyev zülmündən xilas edin”

"Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim həbs olundu

Populyar xəbərlər

Masallıdakı dəhşətli ailə qətliamının təfərrüatları - Yenilənib

"Ən gec Novruz Bayramına qədər..." - Rəşid Mahmudovdan şad xəbər - Video

Azərbaycan növbəti devalvasiyanın kandarında – İqtisadçı xəbərdarlıq edir

Tibb universitetinin tələbəsiylə sevgilisinin intiharı ilə bağlı bilmədiklərimiz

Vilayət Eyvazov polkovnik-leytenanta yüksək vəzifə verdi

Baş nazirdən Elektrik və istilik enerjisi ilə bağlı - Qərar

Bakıda insanların arasında atəş açan şəxs Mingəçevirdə məhv edildi

"Koronavirus dəllallarının" gizlətdiyi 5 milyon tibbi paska Polisin əlinə keçdi

"Azərbaycanın güclü ordusu, ən müasir standartlara malik silahlarla təchiz olunmuş Silahlı Qüvvələri var" - Məhərrəm Əliyev

Çempionlar Liqasının oyunları təxirə salındı

loading...

Ən çox oxunanalar