Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir” - Mikayıl Cabbarov

"Gürcüstan Azərbaycan üçün vacib tərəfdaş ölkələrdən biridir. Bu ölkədə Azərbaycan şirkətlərinin fəallığı müşahidə olunur"...

"Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycan nümayəndə heyətinin fevralın 10-da Tbilisidə Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşündə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, hər iki ölkənin iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri regionun iqtisadi əhəmiyyətini dəyişən layihələrdir: "Azərbaycan həyata keçirilən uğurlu siyasət nəticəsində iqtisadi potensialına görə regionda aparıcı ölkədir. Azərbaycanın şirkətləri ölkə iqtisadiyyatı ilə yanaşı, bir sıra ölkələrə də investisiyalar yatırırlar. Gürcüstan da belə ölkələrdəndir. Azərbaycan şirkətləri Gürcüstan iqtisadiyyatının müxtəlif sahələrinə xeyli sərmayə yatırıblar. Bu da bizim iqtisadi əlaqələrimizi inkişafında önəmli rol oynayır".

M.Cabbarov bildirib ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri ilə görüş Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyələri əsasında təşkil olunub. Nazir qeyd edib ki, görüşün keçirilməsində məqsəd AZEBİ-nin fəaliyyəti və təşkilatda təmsil olunan şirkətlərin fəaliyyəti ilə yaxından tanış olmaq və onları narahat edən məsələləri dinləməkdir.

AZEBİ-nin icraçı direktoru Nəriman Qurbanov təşkilatın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat təqdim edib.

O deyib ki, 2009-cu ildə yaradılan AZEBİ-də 40-a yaxın şirkət təmsil olunur.

N.Qurbanov qeyd edib ki, təşkilat üzvlərinin sayının artırılması istiqamətində fəal iş aparılır. O, AZEBİ-nin fəaliyyətinə göstərdiyi dəstəyə görə Azərbaycanın Gürcüstandakı səfirliyinə minnətdarlığını ifadə edib.

"SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov bildirib ki, AZEBİ-nin fəaliyyətinin gücləndirilməsinə ehtiyac var: “Gürcüstanda qeydiyyatda olan Azərbaycan şirkətlərinin sayı 1000-i ötüb, onların 940-ı aktivdir. AZEBİ-də isə 40-a yaxın şirkət təmsil olunur. Təşkilatın fəallığını artırmaq lazımdır. Qurumun fəaliyyətini o qədər də uğurlu hesab etmirəm. Ümid ediəm ki, AZEBİ Gürcüstanda ən nüfuzlu biznes assosiasiyalarından birinə çevriləcək”.

Görüş sual-cavab formatında davam etdirilib, Azərbaycan şirkətlərini narahat edən məsələlər dinlənilib və bəzi təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Toplantıda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov da iştirak ediblər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar