Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük qalmaqal yaşadılar: Amma deputat ola bildilər...

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyası mərhələsində seçicilərin sərt etirazı ilə qarşılanan namizədlər də qalib elan edilib...

Həmin namizədlər Milli Məclisin köhnə tərkibində təmsil olunan Çingiz Qənizadə, Fəzail Ağamalı, Sahib Alıyev, Elşən Musayev və Sevinc Fətəliyevadır.

80 saylı İmişli-Beyləqan seçki dairəindən üçüncü dəfə namizədliyini irəli sürən və təbliğat mərhələsində seçicilərin bir neçə dəfə etirazı ilə qarşılanan Çingiz Qənizadə 44.6 faiz səslə qalib elan edilib.

60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyini dördüncü dəfə namizədliyini irəli sürən və rəqibi Kamil Musəvinin tərəfdarları ilə qarşıdurma yaşayan Fəzail Ağamalı 49.2 faiz səslə qalib elan edilib.

95 saylı Tərtər seçki dairəsindən üçüncü dəfə deputat seçilmək istəyən, lakin seçicilərin sərt təpkisi ilə üzləşən Sahib Aliyev 40.3 faiz səslə qalib elan edilib.

110 saylı Zaqatala seçki dairəsindən ikinci dəfə namizədliyini irəli sürən, təbliğat dönəmində seçicilərin etiraz ilə qarşılanan, görüşü tərk edən zaman fitə basılan Elşən Musayev 48.4 faiz səslə qalib elan edilib.

30 saylı Suraxanı birinci seçki dairəsindən növbət dəfə namizədliyini irəli sürən Sevinc Fətəliyeva isə seçicilərin etirazları ilə üzləşməsinə baxmayaraq 62.2 faiz səslə qalib elan edilib.

MSK sədri Məzahir Pənahov hələlik bu şəxslərdən yalnız Çingiz Qənizadənin qalib elan olunduğu 80 saylə İmişili-Beyləqan seçki dairəsində qanun pozuntuları ilə bağlı şikayətlərin olduğunu deyib.(yeni sabah)

pia.az


Etiket: seçki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar