Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniyalı müşahidəçilər parlament seçkilərini yüksək qiymətləndiriblər

“Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri müvafiq prosedurlara uyğun baş tutub”...

Bunu Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Devid Evans deyib.

O bildirib ki, Azərbaycanda bir neçə dəfə seçki prosesini izləyib.

Digər britaniyalı müşahidəçi Blakman Robert qeyd edib ki, onlar komanda şəklində müxtəlif seçki məntəqələrində olublar: “Mən özüm şəxsən 7 məntəqədə seçkini müşahidə etdim. Seçicilərin sayının lövhədə əks olunması yaxşı hal idi. Belə olduqda müşahidəçilər rəqəmlərin müqayisəsini apara bilirdi”.

"London Post" qəzetinin baş direktoru Şahid Qureyşi deyib ki, müstəqil namizədlərin sayının çox olması yüksək təəssürat yaradıb: “Texnoloji yeniliklər vardı. Məsələn, şəxsiyyət vəsiqəsini yoxlamaq üçün aparatı qeyd etməliyəm. Pozuntular üçün şərait yox idi. Çünki yerli müşahidəçilər vəziyyəti diqqətlə izləyirdilər”.

Diplomatiya üzrə ekspert Nəbi Ayad vurğulayıb ki, dünən apardığı müşahidələr onda böyük təəssürat yaradıb: “Seçki günü heç bir pozuntunun şahidi olmadım, seçkilər qaydalara uyğun keçirildi”.

Berri Tomlin isə qeyd edib ki, qadınların müşahidəçilər arasında yer alması əla nümunədir: “Bu, müsbət nümunədir və dünyada geniş tətbiq olunmalıdır. 800-dən artıq beynəlxalq müşahidəçinin dəvət olunması hökumətin seçkilərə nə dərəcədə diqqətli və məsuliyyətli yanaşdığını göstərir”.

Conatan Frayer seçki bülletenlərində deputatlığa namizədlərinin adlarının qarşısında onların fəaliyyəti barədə məlumatların əksini tapmasını müsbət hal kimi qiymətləndirib: “Düşünürəm ki, mənim ölkəm bu praktikadan yararlana bilər. Adətən namizədlərin yalnız partiya mənsubiyyəti olur. Lakin seçici kimə səs verdiyini bilməlidir ki, bu məlumat onlar üçün faydalıdır”.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar