Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP 69 deputat mandatı qazanıb - "EXİT-POLL"

ABŞ-ın “Artur J.Finkelstein and Associates” təşkilatı Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərlə bağlı apardıqları "exit-poll"un nəticələrini açıqlayıb

"Report" xəbər verir ki, şirkətin vitse-prezidenti Corc Börnbaun bunun Azərbaycanda keçirdikləri sayca 5-ci "exit poll" olduğunu deyib.

O bildirib ki, sorğular 1053 seçki məntəqəsində aparılıb: "Nəticələr 47 sahə nəzarətçisinə artıq təqdim edilib. Nəticələr Nyu-Yorkdakı ofisimizə çatdırılıb. Gün ərzində 76 min müsahibə aparılıb. Hər məntəqə üzrə, təxminən, 640-650 sayda müsahibə düşüb".

C.Börnbaun deyib ki, bunun rəsmi nəticələrdən cüzi fərqi ola bilər.

Şirkətin sorğusunun nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyası Milli Məclisdə 69 yer qazanıb. Parlamentə seçilən deputatların 41-i müstəqil şəxslərdir.

Vətəndaş Həmrəyliyi Partiyası 3, Azərbaycan Demokratik İslahatlar Partiyası 1, Böyük Quruluş Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Azərbaycan Demokratik Maarifçilik Partiyası 1, Vəhdət Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1 mandat qazanıb.

"Exit-poll" Naxçıvandakı 7 dairə istisna olmaqla 118 seçki dairəsində aparılıb.

pia.az


Etiket: Seçki


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar