"Bu gün 76 saylı dairə seçki komissiyasının (DSK) Lənkəran rayonu Şürük kənd mədəniyyət evində yerləşən 16-cı məntəqəsində məşvərətçi səs hüququ ilə müşahidə aparan qızım Bayramova Jalə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.9-cu maddəsində nəzərdə tutulmuş hüquqlarını yerinə yetirərkən fiziki təzyiqlərə məruz qalmış və məntəqədən zor tətbiq edilməklə uzaqlaşdırılıb"
Pravda.az-ın xəbərinə görə, bu barədə iqtisadçı Qubad İbadoğlu məlumat yayıb.
“Bununla əlaqədar olaraq, Jalə Bayramova zərərçəkən qismində yerli polis şöbəsinə müraciət etsə də hələ də zəruri tədbirlər görülməmişdir. Odur ki, Jalə Bayramovanın məruz qaldığı fiziki təzyiqin və çəkdiyi mənəvi iztirabların qanuna müvafiq sürətdə araşdırılmasını, təqsirkarların müəyyən edilib, cəzalandırılmasını tələb edirəm. Bununla əlaqdar olaraq, Azərbaycan Respublikası Prezident Adminstrasiyasına, Daxili İşlər Nazirliyinə və Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət etmişəm, cavab gözləyirəm. Eyni zamanda bildirmək istəyirəm ki, Jalə hazırda məntəqədir, məşvərətçi səs hüququ ilə fəaliyyətini sonadək davam etdirmək niyyətindədir” – Q.İbadoğlu qeyd edib.
pia.az