Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Samir Şərifov: "Neftin ucuzlaşmasına görə təşvişə düşməyə ehtiyac yoxdur"

Maliyyə naziri Samir Şərifov açıqlama verib...

“Dünya bazarında neftin qiyməti müəyyən amillərdən asılı olaraq gah düşür, gah da qalxır. Buna soyuqqanlı yanaşmalıyıq. Neftin ucuzlaşmasına görə təşvişə düşməyə ehtiyac yoxdur".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

"Bu gün azalan qiymət sabah arta da bilər. Biz dövlət büdcəsini tərtib edəndə bu proseslərə kifayət qədər ehtiyatlı yanaşmışıq. Bu il neftin büdcə qiyməti ötən illə müqayisədə azdır. Biz artıq büdcə qaydası üzrə işlərimizi qururuq, yəni artıq daha uzunmüddətli proqnozlaşdırma əsasında işləyirik. Ən azı ortamüddətli proqnozlarımız var 2020-ci ilin büdcəsi neftin qiymətinin kəskin şəkildə enməsində belə sığortalanıb. Çünki büdcəyə manatla transferlər nəzərdə tutulub, onların məbləği dəyişmir Ucuzlaşma prosesi uzun çəkdiyi halda yəqin ki, iqtisadi siyasətimizə hansısa düzəlişlər edə bilərik. Amma mən hesab etmirəm ki, hazırda tələsik addımlar atmalıyıq. Kifayət qədər valyuta ehtiyytlarımız da var, lazım gəldikdə arzuolunmaz şoklara cavab verə bilərik", - o qeyd edib.

pia.az


Etiket: Samir Şərifov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Ən çox oxunanalar