Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ ağır itkilər verdiyini etiraf etməli olacaq, onlara ciddi zərbə vurduq...”

İran Silahlı Qüvvələrinin Baş qərargahı general Qasım Süleymaninin öldürülməsinin qisası olaraq yanvarın 8-də İraqdakı ABŞ aviabazasına endirilmiş raket zərbələrinə dair yeni bəyanatla çıxış edib

PİA.az Virtualaz.org-a istinadən xəbər verir ki, Baş qərargahın rəsmi nümayəndəsi Əbülfəzl Şekərçi həmin raket zərbələri zamanı ABŞ ordusunun "ciddi itki verdiyini" bəyan edib.

O deyib ki, ABŞ nəhayət İranın Ayn əl-Əsəd aviabazasına endirdiyi raket zərbələri nəticəsində ağır itkilər verdiyini etiraf etməyə məcbur olacaq. "İstənilən halda, biz onlara ciddi zərbə vurduq. Onlar sonrakı günlərdə itkiləri etiraf etməli olacaqlar-ağır itkiləri gizli saxlaya bilməyəcəklər",-Əbülfəzl Şakərçi bildirib.

İran Baş qərargahının nümayəndəsi "Fars" agentliyinə müsahibəsində deyib ki, raket zərbələrindən əvvəl bazaya zərbə endiriləcəyi haqda informasiya "üçüncü şəxslərə", konkret olaraq İraqın baş nazirinə çatdırılmışdı. "Biz bu informasiyanı 25 dəqiqə əvvəl ona çatdırdıq, çünki təcavüzkar deyilik. Amerikalılar isə raket hücumu barədə bilmirdi, amma onlar özləri əvvəlcədən hazırlıqlı idilər. Çünki qisas alınacağını bilirdilər",-o vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp və Pentaqon əvvəlcə İranın raket zərbələri nəticəsində Ayn-əl-Əsəd aviabazasında heç bir amerikalı hərbçinin xəsarət almadığını bəyan edib. Lakin daha sonra ABŞ hərbi komandanlığı etiraf edib ki, bazada partlayışlar nəticəsində 60-dan çox hərbçi müxtəlif xəsarətlər, əsasən beyin silkələnməsi diaqnozu ilə hospitallara aparılıb. Onların bir qismi yenidən hərbi xidmətə qayıdıb, bir qismi sonrakı müalicə üçün Almaniyadakı hərbi hospitala aparılıb. Ölənlər isə yoxdur.

pia.az


Etiket: İran-ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar