Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toxumluq kartofun gömrük rüsumundan azad edilmə müddətinin dəyişməsi bolluğa səbəb olacaq - İzah

Nazirlər Kabineti “Toxumluq kartofun idxal rüsumlarında dəyişiklik edilməsi haqda” Qərara dair izah verib...

 

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Qərar faraş kartof istehsalının artırılmasının dəstəklənməsi məqsədi ilə hazırlanıb.

Qərara əsasən toxumluq kartofun idxalının gömrük rüsumlarından azad edilməsi bir ay qabağa çəkilir.

Əvvəlki qərara əsasən kartof toxumunun idxalı mart, aprel, may aylarında gömrük rüsumundan azad edilmişdi. Dəyişiklikdən sonra isə bu fevral, mart, aprel aylarına şamil ediləcək. Kartof toxumu idxal olunduqda, onun daşınmasına, çeşidlənməsinə, əkinqabağı otaq və ya istixana şəraitində cücərdilməsinə və əkinin aparılmasına işçi qüvvəsindən və kartofun miqdarından asılı olaraq 20-25 gün vaxt tələb olunur. Nəticədə may ayında idxal olunmuş kartofun əkin müddəti iyun ayına təsadüf edir ki, bu ayda artıq dağlıq rayonlarda kartofun vegetasiya dövrü tam kollanma fazası ilə qönçələmə fazası arasında olur və beləliklə kartof toxumunun may ayında idxal olunmasının iqtisadi səmərəsi azalır.

Bu qərardan sonra:
- əvvəlki dövrdən fərqli olaraq rüsumsuz idxal olunan toxumdan alınan ilk məhsul mayda deyil, artıq apreldə yığılacaq;
- məhsuldarlığın artmasına və məhsul bolluğuna səbəb olacaq;
- Fermerlərin istehsal xərci azalacaq və faraş kartofun maya dəyəri aşağı düşəcək;
- Rüsumsuz toxum idxalı siyasətinin iqtisadi səmərəsi artmış olacaq”, - deyə izahda qeyd olunub.

pia.az


Etiket: Toxumluq kartof

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar