Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xəzərin sahilində, matəmlər üzərində yüksələn bir ulduz: Azərbaycanda yeni dönəm başlayır...

Belə görünür ki, Azərbaycan yaxın gələcəkdə qibtə ediləcək qədər böyük bir gücə çevriləcək. Qafqazda, Xəzərin sahilində ulduza çevrilən bir ölkəni izləyəcəyik və onunla qürur duyacağıq...

İbrahim Karagül

“Yeni Şafak” qəzeti, Türkiyə, 7 Fevral 2020-ci il

Uzun müddətdir Azərbaycan haqqında, onun geosiyasi mövqeyi, yaşadığı çətinliklər və sahib olduğu imkanlar barədə məqalələr yazmağı planlaşdırırdım. Xəzərin sahilində yerləşən bu gözəl ölkə üçün güclü dövlət quruculuğunun nə demək olduğunu, bu çətin regionda mövcud olmağın, rifah və güc inşa etməyin uğurlu hekayəsini və Azərbaycanın buna necə nail olduğunu sizlərlə bölüşmək istərdim. Məqsədim bölgədə və dünyada yüksələn bir ölkənin varlığına şahid olmaqdır.

Türkiyə və Azərbaycan: Bənzər çətinliklər, eyni mübarizə

Türkiyənin Yaxın Şərqdəki qızğın gündəmi bu ortaq mübarizəyə fürsət vermir. Çünki Türkiyə bir tərəfdən qlobal miqyasda güc oyunları mübarizə apararkən, digər tərəfdən də regional miqyasda ağlasığmaz hücumlara məruz qalır və türk xalqı bu fırtınaya qarşı dayanmadan bir mübarizə aparır.

Sonra isə fərqinə vardım ki, Azərbaycanla Türkiyəni bir-birindən ayrı formalarda düşünmək mümkün deyil. Elə bənzərliklər var ki, bu iki ölkəni istəsən də, bir-birindən ayrı təsəvvür edə bilmirsən. Bütün təhlillər, perspektivlər, keçmiş və gələcək hesablar üst-üstə düşür.

Ölkə regionunun azərbaycanlılar üçün üstünlükləri və çətinlikləri, daxildə və xaricdə aparılan mübarizə, rifah və güc qurmaq üçün atılan qərarlı addımlar bir-birinə çox bənzəyir.

Türkiyə ilə Azərbaycanı birlikdə qəbul etmək bu iki ölkənin həmrəyliyinə dəstək vermək və Azərbaycanı da Türkiyəni müdafiə etdiyimiz kimi müdafiə etmək və Türkiyəni sevdiyimiz kimi sevmək, onu vətən kimi qəbul etmək deməkdir.

Əliyev dövləti yeniləyir, sistemi dəyişdirir, parlamenti cavanlaşdırır...

Bazar günü Azərbaycanda parlament seçkiləri var. Prezident İlham Əliyev 5 dekabr 2019-cu ildə parlamenti ləğv etmiş və erkən seçki qərarı vermişdi. Bunu niyə etdi? Bu seçkilər Azərbaycan üçün sadə bir səsvermədir? Yoxsa bu ölkədə “yeni və həyəcanverici” bir dövr başlayır?

Bu seçkilər Əliyevin bürokratiyanı, dövlət idarəçiliyini tamamilə yenilədiyi, çürük strukturları və kadrları dəyişdirdiyi, gənc və savadlı insanları vacib vəzifələrə cəlb etiyi, struktur dəyişikliyinə başladığı və Azərbaycanın dövlət quruluşunda sistemli bir çevriliş başlatdığı bir dönəmdə həyata keçirilir.

Qadınların və gənclərin aktivliyi, sosial təşəbbüslərin genişlənməsi

Məhz buna uyğun olaraq ölkədə parlament seçkilərinə böyük maraq var. Namizədlərin sayı çoxdur. Ən əsası da namizədlər arasında qadınların sayı artıb və gənclərin marağı rekord səviyyədədir. 125 yer üçün 1324 nəfər namizəd olub. Onlardan 299 nəfəri qadındır. Namizədlərin əksəriyyəti gənc və ilk dəfə siyasətə gələn insanlardır.

Əvvəlki seçkidə 125 yerdən 74-nü qazanaraq parlamentə ən çox deputat verən partiya İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyası olmuşdu. YAP bu dəfə 123 seçki bölgəsində namizədlərini irəli sürüb və onlardan 75-i seçkilərdə ilk dəfə iştirak edən gənc namizədlərdir.

Görünən budur ki, Prezident Əliyev həm dövlət sistemini yeniləyir, yenidən qurur, yenidən qurur və parlament seçkilərində iştirak edilməsi üçün geniş maraq dairəsi yaradır. Böyük bir dəyişikliyin yolunu açır.

“Milli həmrəylik” sahəsi və ortaq ideya

Parlamentdən bürokratiyaya qədər dövləti cəmiyyətin böyük təbəqələrinin iştirakına açır və onları təşviq edir. Əliyev milli həmrəylik sahəsi yaradır. Bu, Azərbaycanı növbəti pilləyə, daha yüksək bir liqaya, daha fəal və güclü bir ölkəyə çevirmək məqsədi daşıyır.

Hesab edirəm ki, Azərbaycan qurulandan bəri ikinci böyük addım atılır. Bir çox ölkələr, fraksiyalar və təsir dairələri Azərbaycanı siyasi çəkişmələrə sürükləyir, daxildən zəiflədir, ehtiyatlarını talan edir və xarici müdaxilələrə açıq hala gətirir.

Əliyev dövlətin mərkəzi iqtidar sahəsini, müdafiə mexanizmlərini gücləndirir, bölgədə və qlobal miqyasda Azərbaycan üçün təşəbbüsü dairəsi yaradır və ən əsası da bu mərkəzi gücün inşasını geniş ictimai qruplara yayaraq onu “ortaq ideya” çevirir.

Mehriban Əliyeva isə yeniliyin simvolu və daşıyıcı olaraq müxalifətlə dialoq yaradır

Artıq qlobal miqyasda enerji layihələri ilə mərkəzi mövqedə olan Azərbaycan bu prosesi dövləti və ölkəni növbəti mərhələyə çatdırmaq üçün möhkəm və uzunmüddətli addımlarla davam etdirir. Bunun sadəcə olaraq seçki sərmayəsi olmadığını, daha vacib məsələlər üçün bir hazırlıq dövrü olduğunu düşünürəm.

İlham Əliyevin həyat yoldaşı, 2005-ci ildən bəri millət vəkili və eyni zamanda, ölkənin vitse-prezidenti olan Mihriban Əliyeva mülayim çıxışlarla və gördüyü işlərlə bu yeni dönəmin simvoluna və daşıyıcısına çevrilib.

Mehriban Əliyeva müxalif cəbhə ilə mülayim bir siyasi dildə danışır və dialoqlar qurur. Maraq dairəsini təkcə Yeni Azərbaycan Partiyası ilə məhdudlaşdırmır. Azərbaycanın bütün siyasi dairələrinə yaxınlıq göstərir, onları bu dəyişiklik sahəsinə cəlb etməyə və həmrəylik yaratmağa çalışır.

Məsələn, rəhmətlik Əbülfəz Elçibəyin evini təmir etdirir, oğluna dəstək verir, Elçibəyin həyat yoldaşının cənazə mərasimlərini öz boynuna götürür, xəstə və ehtiyac sahibi olan müxaliflərin köməyinə qaçır, bəzilərini də Türkiyəyə göndərib müalicə etdirir.

Matəmlər və qırğınlar üzərində yüksələn ölkə

Matəmlərlə, qırğınlara dolu tarixin üzərində Azərbaycan bir ulduz kimi yüksəlir. Ərazisinin çox hissəsi işğal edilsə də, yaralı bir ölkənin böyük mübarizəsinə şahid oluruq.

İdeologiyalar, siyasi kimliklər, müxalifət axtarışları və onların layihələri əlbəttə ki, çox önəmlidir. Bütün bunlar demokratiyanın zəruri elementləridir. Lakin qlobal fırtınanın bu ağır dönəmində ölkə daxilini qorunmağın və gücləndirməyin nə qədər vacib olduğunu artıq bilirik.

Hakimiyyətin mərkəzi sahəsi zəiflədikdə müxalifət və ideologiyalar əməliyyat elementlərinə çevrilir və həmin dövləti daxildən çürüdür. Buna Türkiyə regionunda kifayət qədər şahid olmuşuq. Türkiyənin mübarizəsi bizə bu sahədə çox şey öyrətdi.

Azərbaycan “dövlət olaraq” ən güclü dövrünü yaşayır və belə görünür ki, yaxın gələcəkdə qibtə ediləcək qədər böyük bir gücə çevriləcək. Parlament seçkilərindən əlavə, yenilənmə, dəyişiklik və həmrəylik axtarışlarına şahidi oluruq.

Qafqazda, Xəzərin sahilində ulduza çevrilən bir ölkəni izləyəcəyik və onunla qürur duyacağıq...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar