Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN Qubadakı yanğınla bağlı məlumat yaydı - Yenilənib

Yanğın digər evlərə keçə bilər...

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-dən verilən məlumata görə, fevralın 7-də Quba rayonunun Qalxun kəndində, ən yaxın Yanğından Mühafizə Hissəsindən 60 km məsafədə mürəkkəb relyefə malik və çətin keçilən yolları olan ucqar dağlıq ərazidə ot tayası yanır.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidməti ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 ədəd helikopteri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Quba rayonunda fərdi yaşayış evi, həyətyanı sahədə olan yardımçı tikililər və tövlə yanmağa başlayıb.

"Report"un Şimal bürosu xəbər verir ki, rayon mərkəzindən 70 kilometr məsafədə yerləşən Qarxun kəndində başlayan yanğını söndürmək üçün Quba Rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən avtomobil və canlı qüvvə hadisə yerinə yola düşsə də, məsafənin uzaq olmasına görə hadisə yerinə hələ də çatmayıb.

Kənd sakinləri bildiriblər ki, güclü külək olduğundan yanğının yaxınlığında yerləşən bir neçə evə də keçmə ehtimalı var.

Qeyd edək ki, Quba-Qonaqkənd istiqamətində yerləşən kəndlər dağlıq ərazidə yerləşdiyindən hər hansı hadisə zamanı vaxtında çatmaq mümkün olmur.

pia.az


Etiket: FHN Quba yanğın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar