Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Atalara 7 aylıq ödənişli dekret veriləcək - Yeni layihə

Finlandiyanın yeni höküməti ataların da uşaqları ilə daha çox vaxt keçirməsini təmin etmək məqsədi ilə hər iki valideynə bərabər müddətli dekret verilməsini nəzərdə tutan layihə hazırlayır...

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, ödənişli dekret hər valideyn üçün 164 günə, toplamda da 14 aya qaldırılacaq.

Finlandiya bu dəyişikliklərlə gender bərabərləyini təşviq etmək istəyir.

Dünyanın ən gənc baş naziri olan Sanna Marin Finlandiyada gender bərabərliyini təmin etmək üçün hələ çox işlərin görülməli olduğunu deyib və ataların uşaqları ilə kiçik yaşlardan yetərincə vaxt keçirməməsindən şikayət edib.

Hazırda Finlandiyada dekret icazəsi 126 gündür. Atalar isə uşaqları iki yaşına çatanadək 66 gün icazədən istifadə edə bilər. Bundan başqa, valideynlər arasında paylaşılması mümkün 6 aylıq icazə də var.

Yeni layihəyə görə, hər valideynə 164 gün məzuniyyət veriləcək.

Nigahda olmayan analar isə hər iki valideynə verilən dekretin toplamı qədər icazədən istifadə edə biləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar