Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Albaniya ATƏT məkanındakı münaqişələrin həlli istiqamətində səylərini davam etdirəcək”

PİA.az ATƏT-in fəaliyyətdə olan sədrinin Gənclər və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi Alba Brojkanın APA-nın Gürcüstan bürosuna müsahibəsini təqdim edir...

- Bu ildən ATƏT-ə sədrlik Albaniyaya keçib. Təşkilata sədrliyi dövründə münaqişələrin həlli baxımından Albaniyanın prioritetləri nələrdir?

- Albaniya ATƏT regionundakı münaqişələrin həllində vasitəçilik səylərini artırmaq istəyini açıq şəkildə bildirib. ATƏT sədri artıq Ukraynaya səfər edib. Bundan başqa, ayrı-ayrı münaqişələrlə bağlı ATƏT-in xüsusi nümayəndələri Minsk Qrupu kimi müxtəlif proseslərin iştirakçıları ilə əlaqədədirlər. Eyni zamanda Albaniyanın bu sahədəki xüsusi təcrübəsini xatırlatmaq istərdim. Balkan yarımadasının qərbində yerləşən Albaniyanın sülhün inkişafına dair təcrübəsi var. Ümid edirəm ki, sədrliyi dövründə Albaniya ATƏT məkanındakı münaqişələrin həlli istiqamətində səylərini davam etdirəcək.

- ATƏT uzun müddətdir həllini tapmayan ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində iştirak edən əsas tərəflərdən biridir. Albaniyanın bu münaqişənin həllinə dair yeni yanaşması var?

- Bu münaqişə ilə bağlı ATƏT-in institutlaşmış qurumları var və bu qurumlar münaqişənin nizamlanmasında iştirak edirlər. Düşünürəm ki, bu suala münaqişənin nizamlanması prosesində birbaşa iştirak edən aidiyyəti şəxslər cavab versələr daha yaxşı olar.

- ATƏT-in Gənclər və Təhlükəsizlik üzrə xüsusi nümayəndəsi olaraq fəaliyyət prioritetlərini açıqlayardınız. Bu sahədə nə kimi yeniliklər olacaq?

- Albaniya ATƏT-in sədri kimi gənclik və təhlükəsizlik məsələlərini bir-biri ilə kəsişən prioritet istiqamətlər olaraq görür. Hələlik planlaşdırma mərhələsində olsaq da, düşünürəm ki, gənclər və təhlükəsizlik məsələləri ilə bağlı keçiriləcək müxtəlif tədbirlərə və ya layihələrə xüsusi diqqət ayıracağıq.

- Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il ölkədə “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Bildiyimiz, kimi könüllülük prosesində əsasən gənclər iştirak edirlər. Necə düşünürsünüz bu qərarın həm gənclər, həm də ölkə üçün faydası nə ola bilər?

Mən Albaniyada müxtəlif gənclər təşkilatlarında könüllü kimi fəaliyyət göstərmişəm. Düşünürəm ki, gənclərin könüllü fəaliyyəti çox vacibdir. “Axı könüllü olaraq mən nə əldə edəcəyəm?”, - deyə bir çoxları düşünə bilər. Lakin bu sahədə öyrənmək üçün çox şey var. Hər şeydən əvvəl sən digər insanlarla birlikdə olursan, yeni bacarıqlar, yeni biliklər kəşf edirsən, sənə daha yaxın olan məsələlərə öz töhfəni vermək imkanı əldə edirsən. Cəmiyyətin inkişafı üçün fəaliyyət göstərərkən özünü daha dəyərli hiss edirsən. Adətən deyirlər ki, cəmiyyət çətin dəyişir. Amma bütün müsbət dəyişikliklər bizdən başlamalıdır, əks təqdirdə bu dəyişiklik olmayacaq. Müsbət dəyişiklik yaratmaq könüllülük formasında da mümkündür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar