Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araq, yoxsa şərab?

“Hökumət şərab istehsalına təkan verdi, amma sonra məlum oldu ki, onu sata biləcək heç bir yer yoxdur”...

Son illərdə Azərbaycanda şərab və araq istehsalının inkişafına çox diqqət yetirilir. Mağazalarda getdikcə daha çox yerli istehsal spirtli içkilər vitrinlərdə peyda olur. Statistikaya görə, ölkəmizdə 2019-cu ildə 2.119 milyon dekalitr (1 dekalitr=10 litr - red.) araq istehsal edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çox göstərici deməkdir. 2017-ci ildə yalnız 549 min dekalitr araq istehsal edilib ki, bu da 2019-cu ildəkindən dörd dəfə azdır.

Bundan başqa, ötən il pivə istehsalı 5,066 milyon dekalitr (109% artım) olub. Şərab istehsalı isə, əksinə, 702,2 min dekalitr (46,8% azalma) azalıb.

“Əslində, alkoqol istehsalında artım o qədər də böyük deyil. Əsas səbəb isə içki şirkətləri üzərində aksiz vergilərinə olan sərt nəzarətdir”, - iqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya şərhində belə deyib.

Şərabla bağlı vəziyyətə gəlincə, həmsöhbətimiz bildirib ki, hökumət mövcud seqmenti araşdırmadan, şərabın yüksək miqdarda ixrac edilməsi üçün istehsal həcmini artırmaq qərarına gəlib: “Lakin məlum olub ki, satış bazarı tapmaq elə də asan deyil. Əvvəlcə hökumət şərab istehsalına təkan verdi, amma sonra məlum oldu ki, onu sata biləcək heç bir yer yoxdur. Dünya bazarında rəqabət çoxdur, yaxşı reklam, şərabçılıq tarixi lazımdır”.

“Çili üçün şərab ixracatçısı olmaq və dünya bazarlarına çıxmaq üçün 30 il lazım oldu. İstehlakçının hansı ölkələrdə keyfiyyətli şərab istehsal etməsi barədə formalaşmış bir fikiri var. Bunlar Fransa, İtaliya, İspaniya, Avstraliya, ABŞ (Kaliforniya) və Cənubi Afrika Respublikasıdır. MDB ölkələri arasında Gürcüstan liderlik edir. Azərbaycan şərabı dünyada az tanınır”, - Cəfərli qeyd edib.

Daxili bazara gəldikdə, iqtisadçının sözlərinə görə, yerli şərabın qiyməti, az qala xarici şərabın qiyməti ilə eynidir: “Bir azərbaycanlı alıcı əksər hallarda keyfiyyətinə daha çox güvənərək digər ölkələrdən gələn şərabları almağa üstünlük verir. Bu mənada az qiymət fərqi olan yerli şərabı almaqda maraqlı deyil”.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev isə AYNA-ya deyib ki, ölkədə spirtli içki istehsal edənlərin sayı artsa da, əhalinin istehlak tələbatında ciddi artım yoxdur: “Əgər şəhərdən kənarında yerləşən dükanlara getsəniz, bəzən tanımadığımız istehsalçılardan bilmədyimiz adda bir araqla tanış ola bilərsiniz. Xüsusilə, ötən ilin sonunda bu məhsulla zəhərlənmə halının baş verməsi fonunda istehsal olunan spritin keyfiyyətini izləmək əsas məsələlərdən biridir”.

“Spirtin şəkər çuğundurundan, şəkər fabriklərindəki tullantı məhsullarından hazırlanması da mümkündür. Ölkəmizdə sərt içki istehsalını artırmaq üçün az miqdarda taxıl var. Ukraynadan təmiz spirt idxalında artım olmadı. Məncə, spirt istehsalı, xüsusən də araq istehsalını artırmağa ehtiyac yoxdur, bu məhsulu harasa ixrac edə bilməyəcəyik. Yalnız Çin potensial idxalçı ola bilər. Elə şərab istehsalı da dünya bazarındakı yüksək rəqabət səbəbindən azalıb. Bunu daxili bazar üçün kifayət qədər istehsal edirik”, - N.Ağayev qeyd edib.

Şərab istehsalçısı Nadir İsmayılov deyir ki, şərabçılarımız çox miqdarda şərab istehsal edirlər, amma pullarının əsas hissəsini araq istehsalına yatırırlar: “Arağın maya dəyəri daha aşağıdır və daha populyardır. Bununla belə, bizim xarici bazara araq ixrac etməyimiz çətindir. Çünki qarşımızda Rusiya və Ukrayna kimi nəhəng rəqiblər var. Avropada da araqdan daha çox şərabı üstün tuturlar”.

“Hesab edirəm ki, istehsalın həcmini artırmaqla məhsulun keyfiyyətini aşağı salmamalıyıq. Bəzi sahibkarlar bu işə az investisiya qoymaqla yüksək qazanc əldə etməyə çalışırlar. Bunun üçün ucuz maddələrdən istifadə edirlər. Vətəndaş da məhsulun saxta olduğunu necə ayırd etsin? Bu məsələyə diqqət yetirilməlidir”, - İsmayılov vurğulayıb.

Elya Beliskaya(ayna.az)

pia.az


Etiket: araq şərab


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar