Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Belə bir adam Milli Məclisdə otura bilməz!” – Mehman Hüseynov

“Deputatlığa ləkəli namizəd olan, parlamentin üz qarası olan rüşvətxor Fərəc Quliyev barədə prokurorluq konkret qərar çıxartmalıdır, cinayət işi və namizədliyinə xitam verilməlidir. Bu qədər sadə”...

Bu sözləri 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov bildirib. Blogger məsələnin uzanmasından narahatlıq ifadə edib. “Niyə uzadırlar bu məsələni? Fərəc Quliyev şəxsən özü mənə zəng edib təcili görüşə çağırmışdı. Mən yox!

Söhbətin mövzüsü korrupsiya, rüşvət, vəzifələr, şirin vədlər idi ki mən öz namizədliyimi qeri götürüm. Söhbətin mövzusu Mehmanın sağlamlığı deyil idi!

O, rüşvət təklif elədi, mən imtina etdim. O xalqın səsini almaq istədi mən satmadım. O məni cinayət törətməyə sövq elədi mən provokasiyaya uymadım! Belə bir adam Milli Məclisdə otura bilməz!

Azərbaycan xalqı, Qaraçuxur-Yeni Günəşli camaatı onu qəbul etmir!”, -deyə Mehman Hüseynov vurğulayıb.

Blogger əlavə edib ki, Fərəc Quliyevlə söhbətinin audioyazısını tam yayacaq: “Konsert hələ qabaqdadı. Fərəc Quliyevin tam səs yazısını (30 dəqiqəlik) axşam paylaşacam, qoy yuxardakılar da görsün onun əsl sifətini!

31 Suraxanı ikinci seçki dairəsi. Yeni Günəşli-Qaraçuxur sakinləri sizi bu bəladan xilas edəcəm. İmkan vermərəm ki, Milli Məclisdə bizi hansısa rüşvətxor saxta deputat təmsil etsin”.

Mehman Hüseynov sosial şəbəkələrdə onunla eyni dairədən namizəd olan Fərəc Quliyevlə olan söhbətinin səs yazısını yayıb. Səs yazısında Mehman Hüseynova pul təklif olunur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Fərəc Quliyev isə səs yazısının ona aid olduğunu, lakin montaj edildiyini deyib.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar