Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriyada yaranmış hazırkı vəziyyət Türkiyə üçün nə qədər təhlükəlidir?

Suriyada yaranmış hazırkı vəziyyət İdlibdə Rusiya-Türkiyə müharibəsi təhlükəsini yaradırmı?

Politoloq: “Rusiya zorla Türkiyəni özünə mürttəfiq kimi saxlamaq istəyir”.

Suriyada rus ordusunun dəstəklədiyi Əsəd rejiminin Türkiyə ordusuna atəş açması məsələsində başqa dövlətlər də günahkarlandırılır. Yəni İranın, Hizbullahın bu işdə iştirakı qeyd olunur”.

Bu sözləri politoloq Nəzakət Məmmədova hazırda Suriyada yaranmış vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya prezidenti Vladimir Putinlə Türkiyəli həmkarı Rəcəb Teyyub Ərdoğan arasında telefon danışığı olub. Kremlin yaydığı məlumatdan da görünür ki, Ərdoğan Rusiya prezidenti ilə sərt dildə danışıb və şəhid olan türk əsgərlərinin qısasını almaqda davam edəcəyini bildirib. Tükiyə tərəfinin yaydığı məlumatda isə bildirilir ki, prezident Ərdoğan Putindən Bəşər Əsədə təsir etməyi Suriya Milli Ordusunun Soçi anlaşmasında nəzərdə tutulan sərhədlərə gri çəkməyi tələb edib. Əgər bu olmazsa, onda Türkiyə ordusu Əsədin hərbi hissələrini güc yolu ilə geri oturdacaq.

Bütün bunlara baxmayaraq Suriya ordusu İdlibə hücum əməliyyatlarını davam etdirməkdədirlər. Bu gün Suriya mənbələrin yaydığı məlumata görə Bəşər Əsədə bağlı hərbi qüvvələr İdlibdə Sərakib qəsəbəsini ələ keçiriblər. Qeyd edək ki, iki gün əvvəl məhz bu qəsəbədə yerləşən Türkiyə ordusuna aid nəzarət məntəqəsi atəşə tutulmuş və 8 türk şəhid olmuşdu. Bunun üzərinə Türkiyə ordusu Suriya Milli Ordusunun mövqelərini atəşə tutmuş və Türkiyə Müdafiə Nazirliyindən verilən məlumatda 76 Suriya ordu mənsubunun məhv edildiyi bildirilirdi. Hazırda isə Suriya mənbələri Türkiyə ordusuna aid nəzarət məntəqəsinin olduğu Sərakib qəsəbəsini ələ keçirdiklərini bəyan ediblər. Hadisələrin son inkişafı ilə bağlı Türkiyə Rusiyadan isə heç bir açıqlama verilməyib.

Suriyada yaranmış hazırkı vəziyyəti Türkiyə üçün nə qədər təhlükəli hesab etmək olar və İdlibdə Rusiya-Türkiyə müharibəsinə ehtimal vermək olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Bu hadisə göstərdi ki, Rusiya-Türkiyə münasibətləri istənilən an gərginləşə bilər”.

Türki hərbiçilərinin şəhid olması bu vaxta qədər Suriyada mövcud olan “Astana İttifaqı”na, yəni Türkiyə-Rusiya-İran müttəfiqliyinə böyük zərər vurduğunu düşünən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, “Astana İttifaqı”nın sarsılmaz olması barədə fikirlər artıq alt-üst olub:

“Türkiyənin 8 hərbiçisinin həlak olması ilə nəticələnən hadisə Rusiya-Türkiyə münasibətlərində yeni gərginliyin əsasını qoyub. Bu hadisə həm də bu vaxta qədər Suriyada mövcud olan “Astana İttifaqı”na, yəni Türkiyə-Rusiya-İran müttəfiqliyinə böyük zərər vurdu. Astana İttifaqının sarsılmaz olması barədə fikirlər alt-üst oldu. Həmçinin də bu hadisə göstərdi ki, Rusiya-Türkiyə münasibətləri istənilən an gərginləşə bilər.

Türkiyə hərbiçilərinə edilən hücumun bir çox səbəbləri qeyd edilir. Bu səbəblər içində bir neçəsi önəmli hesab edilir. Səbəblərdən biri odur ki, Türkiyə son dövrlərdə diqqətini daha çox Liviya və Şərqi Aralıq Dənizi regionuna yönəltmişdi. Məlumdur ki, ikihakimiyyətli olan Liviya dövləti Türkiyədən kömək istəmişdi. Buna görə də Türkiyə Liviyada proseslərə fəal müdaxilə edən dövlət rolunda çıxış etməyə başlamışdı. Liviyada da Türkiyənin və Rusiyanın maraqları toqquşur.

Digər tərəfdən də Şərqi Aralıq Dənizi regionunda da bir çox dövlətlər Türkiyəyə qarşı çıxırlar. O cümlədən Yunan kipri, Yunanıstan və onların tarixən müttəfiqi olmuş Rusiya Türkiyəyə qarşı çıxırlar.

Nəzakət Məmmədova: “Rusiya bir növ Türkiyəni şantaj edir ki, Türkiyə Ukrayna və Rusiyaya qarşı olan digər güclərlə yaxınlaşsa, güllələri yenidən ata bilər”.

Həm Şərqi Aralıq Dənizində gərgiliyin artması, həm də Liviyada olan hadisələr Rusiya-Türkiyə münasibətlərini gərginləşdirdi. Bu gərgin münasibətlər isə özünü Suriyada göstərdi. Suriyada rus ordusunun dəstəklədiyi Əsəd rejiminin Türkiyə ordusuna atəş açması məsələsində başqa dövlətlər də günahkarlandırılır. Yəni İranın, Hizbullahın bu işdə iştirakı qeyd olunur.

Bu hücuma bəhanə kimi də Ərdoğanın Ukraynaya səfəri göstərilir. Amma Ərdoğanın Ukraynaya səfəri planlaşdırılmış səfər idi. O da ola bilər ki, səfər öncəsi Rusiya Ərdoğana Ukrayna ilə yaxınlaşmaması üçün xəbərdarlıq edirdi. Amma demək olmaz ki, bu hadisə Suriyada Türkiyə-Rusiya əlaqələrini birdəfəlik aradan qaldıracaq.

Həmçinin bu məsələdə ABŞ-la Türkiyə münasibətlərinin rolunun olduğu da qeyd edilir. Yəni ABŞ bildirmişdi ki, təhlükəsizlik zonanın yaradılmasında NATO müttəffiqimiz Türkiyəni dəstəkləyirik. Təbii ki, yenə də proseslər davam edəcək və hər dövlər öz marağını Suriyada həyata keçirəcək.

Bir daha qeyd edim ki, baş verən hadisə Rusiya-Türkiyə ittifaqnın başa çatması demək deyil. Sadəcə olaraq baş verən hadisə Rusiyanın Türkiyəyə təhdidir. Rusiya Türkiyəyə bildirdi ki, bu məsələ ilə bağlı onlarıa razılaşma olmalıdır və heç bir kənar addım atıla bilməz. Yəni Rusiya bir növ Türkiyəni şantaj edir ki, Türkiyə Ukrayna və Rusiyaya qarşı olan digər güclərlə yaxınlaşsa, güllələri yenidən ata bilər. Rusiya zorla Türkiyəni özünə mürttəfiq kimi saxlamaq istəyir”.

Nərminə UMUDLU
pia.az

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar