Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçki 2020: Azərbaycan gəncliyindən gələcəyin beta-versiyası

Elnur Aslanov xarici nəşr üçün yazdı...

Bugünlərdə siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Aslanovun Ukraynanın nüfuzlu beyin mərkəzlərindən birinin saytında (LB.ua) https://lb.ua/blog/elnur_aslanov/448872_vibori_2020_betaversiya_budushchego.html?fbclid=IwAR2KIh986Y_jcV7NeQZUh1s7lXg8G70BdVYgPP4Qcc9KFy7vX-TBvMzUQx4 geniş yazısı dərc olunub.

Etikxeber.az rus dilində getmiş yazının tərcüməsini olduğu kimi, təqdir edir:

Azərbaycanda keçiriləcək növbəti parlament seçkilərinə sayılı günlər qalır.

Ölkədə növbədənkənar seçkilərin təyin olunması, hətta siyasətdəki aparıcı simalar üçün də gözlənilməz qərar oldu. İqtidar partiyası noyabrın sonlarında Prezidentin təşəbbüsü ilə ölkədə başlanılan islahatlar ruhuna cavab verə biləcək yeni parlamentin formalaşması ideyası ilə çıxış edərək, Parlamenti özünü buraxmağı və ölkə tarixində ilk dəfə olaraq növbədənkənar seçkilərin keçirilməsini təklif etdi.

Ölkə Prezidenti, iqtidar partiyasının sədri İlham Əliyev tərəfindən də bu təşəbbüs dəstəkləndi. Bununla, 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə Azərbaycanın siyasi tarixində yeni bir dövrün təməli qoyulmuş oldu.

Öncə baş verənlər

Növbədənkənar parlament seçkilərinin keçirilməsinin elan edilməsi ərəfəsində ölkədə siyasi baxımdan maraqlı proseslər müşahidə olunurdu. Hələ ötən ilin əvvəllərində Prezident İlham Əliyev siyasi və iqtisadi sistemin tədricən transformasiyasına istiqamətlənmiş təşəbbüslə çıxış etmişdi. Ölkənin xarici sərmayəyə, innovasiyalara və perspektiv iqtisadi təşəbbüslərə açıq olan bir dövlətə keçid etməsi bir məqsəd kimi qarşıya qoyulmuşdu.

Dəyişikliklər gömrük, vergi və digər dövlət orqanlarının fəaliyyətində özünü biruzə verir, bu qurumlar tərəfindən biznesə qarşı münasibətlərdə şəffaf yanaşma müşahidə olunurdu. Vergi sistemində həyata keçirilən islahatlar yeni iş yerlərinin açılması ilə bərabər, ən əsası vətəndaşlara kiçik və orta bizneslərini inkişaf etdirə biləcəkləri inamını qaytardı. Vergi normativlərindən yan keçmək artıq sərf etmədiyindən “nəqdləşdirmə” və digər mexanizmlər arxada qaldı. Növbəti aylar ərzində isə Prezident tərəfindən dövlət idarəetməsində “gəncləşdirmə prosesi”nə başlanıldı, yaşlı insanlar dünyanın ən nüfüzlu ali məktəblərini bitirmiş gənc şəxslərlə əvəz olunmağa başlanıldı.

Onların qarşısında korrupsiyanın kökünün kəsilməsi, vətəndaşlarla təmasın ən yüksək səviyyədə qurulması, dövlət orqanlarının işində şəffaflığın və hesabatlılığın artırlması vəzifələri qoyuldu. İcra hakimiyyətlərinin başçısı vəzifəsi yüksək təşkilati bacarıqlar nümayiş etdirən gənc kadrlara etibar edilməyə başlanıldı. Qeyd olunan bu dəyişikliklər ölkə parlamentinin də yenilənməsi zərurətini ortaya çıxardı.

LFM (lookingformember)

Azərbaycan əhalisinin 60 faizini gənclər təşkil edir. Həyata keçirilən yeni siyasi kurs onlara siyasi yarışa qoşulmaqla bərabər, ozünü isbat edərək bu yarışda qalib gəlmək imkanı verir. Onlayn formatda baş verən bütün hərəkətlər striminqə – internet vasitəsi ilə canlı ünsiyyətdə olmaq mərhələsinə qədər gəlib çıxır: biz bütün iştirakçıların hərəkətlərini müşahidə edə, onların mərhələləri necə keçdiklərini, necə təcrübə qazandıqlarını, hər kəsin qabiliyyətinin üzə çıxmasını müşahidə edə bilirik.

Bu yaxınlarda demək olar ki, bütünlükə onlayn formatda keçirilmiş Ukraynadakı prezident seçkiləri müşahidə edə bildik. Vladimir Zelenski öz elektoratı ilə İnstagram və Facebook üzərində yaratdığı ünsiyyətlə artıq heç kimi təəccübləndirmədi. Bəli, bu gün bir çox azərbaycanlı siyasətçilər öz auditoriyaları ilə əlaqələri sosial şəbəkələr üzərindən qurmağa başlayıblar. Ancaq qeyd etmək lazımdır ki, bir çoxları hələ də bu işin incəliklərinə və formatına bələd deyillər. Bununla yanaşı sosial şəbəkələrdə böyümüş nəsil öz rəqiblərinə az qala strim formatında- əvvəlcədən hazırlanmış, heç bir senari üzərində qurulmayan- “fora” verirlər: onlar canlı yayımda bütün plan və hərəkətlərindən bəhs edirlər.

Bu da öz növbəsində onların auditoriyası olan gənclər tərəfindən müsbət qarşılanır. Bütün bunlar isə 2020-ci il Parlament seçkilərində gəncləri fəal surətdə iştirak etməyə dəvət edən Prezidentin həyata keçirdiyi siyasi kurs ilə ideal surətdə uzlaşır.

Qabiliyyətlərin üzə çıxarılması

Seçkilərdə qalib gəlmək üçün gənclər öz qabiliyyətlərini nümayiş etdirməli, siyasi ambisiyalarını və bacarıqlarını ortaya qoymalıdırlar.

Sosial medianın inkişafı ilə gənclərin seçkilərdə iştirakının birbaşa bir-biri ilə əlaqəsi var. Bu gün sosial mediada gedən müzakirələr ölkədə gedən proses və disskusiyaları bilavasitə özündə əks etdirir. Sosial medianın şəffaflığı yeni nəsilə siyasi proseslərdə maksimum fəal iştirak etməyə şərait yaradır. Artıq Facebookdan istifadə siyasətdə iştirakın vacib elementlərindən sayılır.

“Oyun” ənənəvi KİV-də, qəzetlərdə, TV və radiolarda deyil, Youtube, Facebook, İnstagram-da gedir. Bu gün məhz onlayn meydanlar onlarla gənc namizəd üçün əsas siyasi platformaya çevrilmişdir. Onlar öz seçimlərini ölkədəki üç milyon yarımdan çox Facebook istifadəçiləri üzərində qururlar. Bu siyasi aktivliyin sosial şəbəkələrdə müşahidə olunan ilk təzahürüdür və əminliklə demək olar ki, Azərbaycanda siyasət rəqəmsal yayıma transformasiya olmaqdadır. Faktiki olaraq biz bu gün yeni siyasi reallıqla müşahidə olunan və ölkənin demokratik inkişafında keyfiyyətcə fərqli bir səviyyəni əks etdirən gələcəyin beta-versiyasını müşahidə edirik. Ölkə siyasətində ilk dəfə olaraq namizədlər arasında seçki dialoqu, disskusiyalar və hətta ittihamlar öz ətrafına tərəfdarlarını və əleyhdarlarını toplamaqla sosial şəbəkəlrdə gedir.

Aktivliyə +100 əlavə

Gənc namizədlərin fəallığı onlayn formatla məhdudlaşmır. Onlar seçicilərlə görüşür, qapıdan-qapıya gedir, seçicinin üzləşdiyi problemləri aşkar etmək və birgə həllini tapmaq üçün birbaşa onlarla təmasda olur, bir sözlə ən yüksək formada elektoratla ünsiyyət qururlar. Əgər sosial şəbəkələr gənclərə öz qüvvələrini tez mobilizə etmək və siyasi ambisiyalarını həyata keçirmək imkanı verirsə, offlayn ünsiyyət onlara öz qüvvə və təşəbbüslərinə inam aşılayır.

Təcrübəyə +1000 əlavə

Ola bilsin ki, bu məqsədyönlü gənclərin bir çoxu Parlamentə düşə bilməsin, ancaq seçkilərə hazırlıq mərhələsində onların qabiliyyətləri üzə çıxacaq. Namizədlərin əldə etdikləri təcrübə də çox güman ki, hakimiyyət tərəfindən sonradan layiqincə qiymətləndiriləcək, çünki gələcəkdə ölkənin inkişafı, cəmiyyətin rifahı naminə bu potensialdan yararlanmaq olar. Ola bilər ki, gənc namizədin ilk beta-testi planlaşdırılan qələbəyə gətirib çıxarmayacaq, ancaq bu, “yeni səviyyə”nin başlanğıcı ola bilər. Bu “səviyyə”nin komandası öz təşəbbüslərini realizə etməyə hazır olan, dövlət idarəetməsi sistemində islahatlarin həyata keçirilməsinə köklənmiş fəal, özünə inamlı gənclərdən formalaşacaq.

Final necə keçəcək?

Parlament seçkilərində iştirak etmək üçün 125 dairədən 1600-dən artıq namizəd qeydə alınıb. Seçkilər Avropa Şurası, ATƏT DTİHB, MDB-nin Parlament Assambleyasının da yer alığı müxtəlif beynəlxalq təşkilatlardan 400-dən artıq müşahidəçilər, eləcə də, 23000-ə yaxın yerli müşahidəçilər tərəfindən izlənəcək.

Parlament seçkilərinin nəticələri təkcə hakimiyyətə deyil, müxalifət, xarici sərmayəçilər və beynəlxalq tərəfdaşlar üçün də böyük maraq kəsb edir. Biz isə seçkilərdə layiqli namizıdlərə uğur arzulayaraq xatırlatmaq istərdik ki, bununla onların missiyası yekunlaşmır. Bu yalnız siyasi və iqtisadi sisteminin transformasiyası üçün komandanın formalaşmasının başlanğıcıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar