Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Revanşist Elnur Aslanovu kim və necə “dirildir?”

FETÖ-nün “seçkidən sonrakı Azərbaycan” planı nədir?..

Prezident Administrasiyasının sabiq şöbə müdiri, FETÖ terror şəbəkəsinin Azərbaycandakı əsas fiquru olmuş Elnur Aslanov itirdiyi təsir imkanlarını geri qaytarmaq üçün hərəkətə keçib. 

FETÖ teror şəbəkəsi ilə bağlılığı səbəbindən 2014-cü ildə tutduğu vəzifəsindən kənarlaşdırılan Elnur Aslanovun səsi bir müddət sonra müxtəlif ölkələrdən gəlməyə başladı. Avropa və Amerikada bizneslə məşğul olduğu bildirilən Aslanovun əslində, FETÖ-nün maliyyə işlərinə məsul edildiyi, fətullahçıların maddi ehtiyaclarını nizamlamaq tapşırığı verildiyi üzə çıxdı. Onun barəsində ara-sıra yayılan bu tip məlumatları nəzərə almasaq, ictimai rəy Aslanovu demək olar ki, xatırlamırdır. 

Lakin ötən son aylarında ölkədə həyata keçirilən mühüm kadr dəyişkliklərinin yaratdığı situsasiya sanki Aslanov üçün reabilitasiya olunmaq və revanş almaq üçün şəraitin yetişdiyi anlamına gəldi. 

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının Milli Məclisin buraxılması məsələsinin müzakirə olunduğu iclasına Aslanovun da qatılması FETÖ imamının revanş niyyətinin ciddiliyini ortaya qoydu. Onun həmin iclasda ön sıralardan birində əyləşərək, nümayişkar pozlar verməsi isə Aslanovun öz vəziyyətini artıq müəyyən dərəcədə stabilləşdirdiyindən xəbər verirdi. 

Aslanov bu günlərdə özünü yenidən xatırlatmaqla, 9 fevral növbədənkənar parlament seçkilərinin keçirilməsi səbəbindən həssaslığı xeyli artan vəziyyətdə gündəmə gəlməyi qərarlaşdırıb. Necə? Adam Ukraynanın çox da tanınmayan saytlarından birində məqalə dərc etdirərək, ölkədəki şəraiti qiymətləndirməyə çalışıb (link: https://lb.ua/blog/elnur_aslanov/448872_vibori_2020_betaversiya_budushchego.html)  

Təbii, müəyyən yollara əl ataraq, Ukraynanın o qədər də tanınmayan bir saytında məqaləsini dərc etdirmək Aslanov üçün problem deyil. Maraqlısı budur ki, həmin məqalə ertəsi gün Azərbaycanda – vaxtilə Aslanovun çevrəsinə daxil olan şəxsin rəhbərlik etdiyi saytda yayımlanıb. Bütün bunlar nədən xəbər verir? Hər şey açıq-aşkar ortadadır: Elnur Aslanov artıq “səngər”dən çıxıb və “dövlət içində dövlət” planını yenidə dövrəyə salıb. 

Digər maraqlı məqam bundan ibarətdir ki, Aslanov dərc etdirdiyi məqalələrdə vəzifədə olduğu müddətdə konfliktdə olduğu yüksək məmurların fotoepizodlarını “təsadüfən” yerləşdirməklə, subliminal mesajlar da ötürməkdədir. Ancaq hər kəsə məlumdur ki, Elnur Aslanovun öz postunu itirməsinin tək səbəbi FETÖ terror şəbəkəsi ilə bağlılıq və öz həmfikirlərini Azərbaycanın mühüm dövlət qurumlarında yerləşdirməklə, idarəetmədə nəzarəti öz əlinə keçirmək cəhdləri olub. Eyni zamanda, FETÖ-nun Azərbaycan şəbəkəsinin bu qədər böyüməsi Türkiyənin diqqətindən yayınmayıb və gülənçilərin zərərsizləşdirilmməsi artıq dövlətlərarası məsələ halına gəlib. Belə bir vəziyyətdə Aslannovun heç nə olmayıbmış kimi vəzifəsinə davam etməsi sadəcə, mümkünsüz idi. 

Yaxşı, səsverməyə cəmi bir neçə gün qaldığı dönəmdə növbədənkənar parlament seçkiləri Aslanovun diqqətini nədən cəlb edib? O, yuxarıda qeyd olunan məqəlasində gənclərin idarəetmədə və parlamentdə təmsilçiliyinin artırılmasının vacibliyini önə çəkir. Aslanov bu yanaşmasını dövlət siyasəti ilə “əsaslandırmağa” çalışsa da, onun alt məqsədi tamamilə fərqlidir. 

Daxil olan məlumatlara görə, 9 fevral seçkilərinin Aslanov üçün əhəmiyyətini artıran əsas amil onun bu siyasi kampaniyada “öz namizəd korpusu” ilə iştirak etməsidir. Bəli, son bir neçə ayda nəfəsini dərməyə imkan tapan Aslanov nəzarətindəki bir sıra gəncləri “repetisiya” üçün 9 fevral seçkilərində iştiraka cəlb edib. Aslanovun bu çərçivədə əl atdığı taktiki dəyişiklik də nəzərdən qaçmır. 

O, hədəfə gəlməmək üçün “poliqon” qismində paytaxt Bakını deyil, bölgələri – xüsusilə də, şimal-qərb və Aran rayonlarını seçib. Keçmiş şöbə müdirinin bu seçkilərdə nəticə olaraq, xüsusi ambisiyası yoxdur – o, 9 fevral seçkilərinə öz resurslarına baxış xarakterli “məşq” kimi yanaşır. Bu səbəbdən, imkanlarını toparlayıb növbəti siyasi kampaniyaların planlarını çızmağı düşünür. Lakin onun seçkilərə “məşq” üçün göndərdiyi ardıcıllarının parlamentə düşmələrini istəmədiyini və bu istiqamətdə səy göstərmədiyini düşünmək ağılsızlıq olardı. 

Aslanovun özünə “qalxan” seçdiyi dövlətin gənclər siyasəti və gənclərin yüksək vəzifələrə təyinatı, deputatlığa namizəd göstərmələri əlbəttə, doğru addımdır, təqdir  olunur. Lakin bu təqdir öz fəaliyyətində FETÖ teror şəbəkəsinin deyil, Azərbaycanın dövlət maraqlarını hər zaman rəhbər tutmağa hazır olan gənclərə aiddir. 

Aslanov da çox gənc yaşında yüksək dövlət vəzifəsinə təyinat almışdı. Ancaq bu etimad və səlahiyyətdən dövlətin maraqları deyil, FETÖ terror şəbəkəsinin təlimatları üçün yararlandı. Nəticə isə artıq məlumdur. Ona görə də, dövlətin aidiyyatı strukturları Aslanovun bu fəallaşmasını maksimum nəzarətdə saxlamalı, onun yenidən dövlətin içinə sızaraq, revanşist planlarını gerçəkləşdirməsinə imkan verməməlidir. 

Ümid edir və inanırıq ki, belə də olacaq.(istiqlal.az)

pia.az


Etiket: Elnur Aslanov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar