Şirvanda bədbəxt hadisə baş verib...
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində məcburi köçkünlər üçün salınmış şəhərcikdə qeydəalınıb. Füzuli rayon sakini, 1960-cı il təvəllüdlü Əliyeva Aygüzar Allahverdi qızı 8-ci mərtəbədən yıxılıb. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
pia.az