Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehdi Mehdiyev Qobustanın daha 4 kəndində seçicilərlə görüşdü - Foto  

Fevral ayının 9-da keçiriləcək Milli Məclis seçkisinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd Mehdi Mehdiyev seçicilərlə görüşlərini davam etdirir...

Ötən gün Mehdi Mehdiyev seçki qərargahının üzvləri və dəstək qrupu ilə birlikdə Azərbaycan bayraqları dalğalanan avtomobil karvanı ilə Qobustan rayonunun Bədəlli, Yekəxana, Poladlı və Təsi kəndlərinə gediblər.

Hər bir kənddə seçicilərlə görüş keçirən Qarabağ Müharibəsi əlili, Əfqanıstan Müharibəsi və Silahlı Qüvvələr veteranı, Azərbaycan Bayrağı ordenli, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev çıxış edərək seçki platforması haqqında seçicilərə geniş məlumat verdi.

Səmimi ab-havada keçən görüşlərdə deputatlığa namizəd Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi-siyasi islahatlardan, ölkədə aparılan kadr dəyişikliklərindən danışaraq, aparılan islahatların ölkə vətəndaşlarının rifah hallarının daha da yaxşılaşacağına zəmin yaratdığını bildirib.

Mehdi Mehdiyev çıxışında cənab Prezident İlham Əliyevin apardığı islahatlar strategiyasına hər zaman dəstək olduğu kimi, millət vəkili seçiləcəyi təqdirdə də bu siyasətə sadiq qalacağını bildirib.

Mehdi Mehdiyev hər bir sakinə xüsusi diqqət və qayğı göstərəcəklərini və müntəzəm olaraq seçicilərlə əlaqə saxlayacağını vurğulayıb.

Sonra kənd sakinləri çıxışlarında Mehdi Mehdiyevi çoxdan tanıdıqlarını, ona etimad göstərdiklərini və 9 fevralda seçkiyə gedib öz hüquqlarından istifadə edərək seçim edəcəklərini bildirdilər.

Daha sonra kəndlərdəki şəhid abidələri ziyarət edildi, abidələr önünə gül dəstələri düzüldü.

Mehdi Mehdiyevin seçicilərlə görüşləri davam edir.

pia.az

 

 

 

Fotolar




Etiket: Mehdi Mehdiyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar