Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin 100 illik rus hekayəsinin son vəziyyəti

Türkiyə artıq daha da irəliləmək istəyir. Rusiya isə artıq ona bu inkişaf dövründə mane olan siyasi bir qüvvədir...

Ergün Yıldırım
“Yeni Şafak” qəzeti, Türkiyə, 5 fevral 2020-ci il

Rusiya Türkiyənin tarixi taleyidir. Əsrlər boyu yan-yana yaşayıblar. Bu, müharibələrdən və düşmənliklərdən keçən ortaq bir taledir. Rusiyanın böyük coğrafiyası, dövləti və mədəniyyəti var. Lakin bu, həmişə Türkiyəni boğmağa çalışan bir gücdür. Ruslar Yeşilköyə qədər gəlmiş, pravoslav xristianlığı üzərində suverenlik tələb etmiş, türkləri Balkanlara sürükləmiş və bolşevik inqilabı edərək yeni bir dünya qurmuşlar. Qərb dövlətləri türk torpaqlarını işğal etdiyi zaman isə yeni imperialist rus ruhu imperialist qərblilərə qarşı türklərə kömək etmişdi. Ancaq bir müddət sonra həqiqi məqsədi başa düşüldükdə onun üçün işləyənlər Mustafa Kamal tərəfindən kənarlaşdırıldı. Daha sonra da Anadoludan torpaq tələb etdilər. Türkiyə də NATO-ya keçməklə buna cavab verdi.

Rusiyanın Aralıq dənizi xəyalı həmişə aktual olub. Rusiya bu xəyalı üçün hər zaman Türkiyə torpaqları üzərində planlar qururdu. Tezliklə kommunizm Rusiyanın imperial şüurunun yeni formasına çevrilmişdi. Kommunist Partiyası imperiyanın sülaləsi idi və kommunist partiyası rəhbəri olan şəxslər də çar idi. Rus imperiyasının imperial şüuru kommunizm ideologiyası ilə davam edirdi. Bu imperializm Avropanın yarısına yayılmışdı. Anadoluya da yayılmaq üçün daxildə kommunizmi dəstəkləyirdilər. Türkiyə isə onu boğacaq bir qüvvəyə qarşı NATO-nun tərəfinə keçdi. Kommunizm soyuq müharibə dövründə Türkiyənin ən böyük qorxusuna çevrildi. Əslində, Türkiyə Aralıq dənizi xəyalı ilə yaşayan bir şüurun ayaqları altında əzilməkdən qorxurdu. Bunun qarşısını almaq üçün NATO-dan çox, ABŞ-la dərin ittifaqlar qurdu.

Rusiya artıq Aralıq dənizi arzusuna çatıb. Suriya üzərindən Aralıq dənizinə getməyi bacarıb. Bəzi dairələr “kürd dəhlizi”ndən qorxmaqla, sanki, buna dəstək verdilər. Rusiya öz tarixi arzusuna çatıb. Bu, gündən-günə Türkiyənin ətrafında dolaşan bir siyasətdir. Türkiyə Suriyada, Aralıq dənizində, Liviyada və hətta İsraildə Rusiya ilə qarşılaşır. Bu, həmin Rusiyadır ki, Türkiyə Astana və Soçi razılaşmaları ilə Suriyada barışıq əldə etmək üçün onunla ortaqlıq edib, ondan S-400 raketləri alıb, ABŞ və Qərb ittifaqı Türkiyəni tək buraxan zaman o, Rusiyaya üz tutub və Rusiyanı hər zaman alternativ müttəfiq hesab edib.

Bu müddətdə bəzi siyasi və media dairələrinin geniş dəstəyi ilə Rusiyada bir ictimai fikir formalaşıb. Türkiyədə yaradılan rus ictimai fikri də Qərb ittifaqının PKK və FETO-ya verdiyi dəstək qarşısında bir qurtuluş kimi göstərilib. Bu durum hələ də davam edir. Xüsusilə millətçilər bunun lehinə çıxış edirlər. Hətta müsəlman dindar və hökumət çevrələrində də Rusiyanı dəstəkləyən insanlar rast gəlmək olur. Hətta 15 iyul çevriliş cəhdini də Türkiyəyə rusiyalı strateq Aleksandr Duginin xəbər verdiyi deyildi və guya Rusiya Türkiyəyə sahib çıxırmış kimi bir mənzərə yaradıldı.

Rusiya indi İdlibdə rejim qüvvələrinin yolunu açır. Havadan terrorçuları vurduğunu deyərək, əslində, sivil vətəndaşların üzərinə bombalar yağdırır. Raketləri Aralıq dənizindən düz şəhərin mərkəzinə atır. Rəsmən dağıdaraq, öldürərək Aralıq dənizi xəyalından zövq alır. Liviyada isə Həftar üsyançılarını dəstəkləyir. Müsəlman ölkələrində lazım gəldikdə rejimlərlə və yaxud üsyançılarla əməkdaşlıq edir. Öz enerjisi ilə kifayətlənmir və müsəlman ölkələrindəki enerjini də istismar etməyə çalışır. Ukraynada müsəlman Krım tatarlarının ərazisini işğal edir. Rusiya dövləti öz böyük qüvvəsi ilə işğal edir və dağıdır. Bu, Yaxın Şərqə gələn yeni rus sistemidir.

Türkiyə, Rusiya qədər böyük bir coğrafiyaya sahib deyil və Rusiya qədər böyük texnologiyası da yoxdur. Amma Türkiyə əxlaqı, tarixi məsuliyyəti və məzlumlara sahib çıxması ilə böyüklük göstərir. Bu böyüklük məzlum xalqların oyanmasına, zülmünə və ədalətinə səbəb olacaq və sülh içində yaşamasına öncüllük edəcək. Yaxın Şərqdəki, Balkanlardakı və Orta Asiyadakı budur. Buna inanmayanlar “orada nə işimiz var?” deməyə davam edəcəklər. Bunu deyənlərin imperial bir millət şüuru yoxdur. Ümumiyyətlə, bir millətin şüuru yoxdur. Onların fikrincə, bu millətin tarixi 1923-cü ildən başlayır, torpağı Anadoludur və millətin arzusu Hollandiya olmaqdır. Bu “çadır şüuru” Osman Qazi ayağa qalxıb hərəkət etmək istəyəndə də ortaya çıxmışdı. Bu sözü İstanbulun fəthi zamanı da Fatehə demişdilər. Belə danışanlar həmişə olacaq.

İndi Türkiyə Rusiya ilə 100 illik bir hekayənin sonuna gəldi. Aralıq dənizi xəyalının Türkiyəyə toxunmaması üçün də hər şey edildi. Türkiyə öz torpaqlarının talan edilməsinə mane oldu və Rusiyanın qarşısını aldı. Lakin bu durum indi Türkiyəni əhatə edən bir siyasətə çevrilib. Türkiyə artıq daha da irəliləmək istəyir. Rusiya isə artıq ona bu inkişaf dövründə mane olan siyasi bir qüvvədir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar