Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR bu ildən iki boru kəmərinin kommersiya operatoru olacaq

Bu ildən həm Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri, həm də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin kommersiya operatoru Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olacaq...

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev gənclərlə görüşdə məlumat verib.

O, şirkətin dayanıqlı inkişaf strategiyasından danışaraq xatırladıb ki, Dövlət Neft Şirkətini beynəlxalq şirkətə çevirməklə bağlı Azərbaycan Prezidentinin tapşırığından sonra ilk növbədə strategiya hazırlanmağa başlanıb və 2006-ci ildə strateji hədəflər hazırlanıb. Onun sözlərinə görə, ilkin olaraq geologiya, geofizika, axtarış sahələrində böyük şirkətlərlə birgə müəssisələr yaradılıb, kadrlar hazırlanmağa başlanılıb: “İndi deyə bilərəm ki, bu işləri yüksək səviyyədə özümüz həyata keçiririk. İkinci, hədəfimiz qazma ilə bağlı idi. Bizim “Azneft” İstehsalat Birliyinin tərkibində bir Qazma Trestimiz var idi. Biz müasir, dünya səviyyəli qazma şirkətlərini cəlb etməklə rəqabətli bir neçə qazma şirkətini ala bildik, CDC (“Caspian Drilling Company”- REP.) şirkətinin bütün paylarını aldıq. Sonradan xarici tərəfdaşlarla birlikdə “SOCAR AQŞ” şirkətini yaratdıq. Xarici mütəxəssisləri cəlb etməklə rəqabətədavamlı qazma şirkətləri yarada bilmişik. Bu gün biz ən ağır, ən mürəkkəb quyuları qazmağa qadirik”.

SOCAR-ın prezidenti tikinti sahəsində “Azfen”, “BOS-Şelf” kimi mükəmməl tikinti şirkətləri yaratdıqlarını qeyd edib. O bildirib ki, AÇG yatağının işlənməsində, “Çıraq” platformasının tikintisində, “Şahdəniz” layihəsinin platformalarında tikinti işlərinin 95%-nin Azərbaycanda həyata keçirməyə nail olunub. R.Abdullayev AÇG-nin işlənməsi çərçivəsində yeni platformanın (“Mərkəzi-Şərqi-Azəri”) tikintisinin 100% Azərbaycan şirkətləri tərəfindən həyata keçiriləcəyini bildirib.

Şirkətin prezidenti hasilatın stabil saxlanılması istiqamətindəki görülən işlərdən də danışıb. “Bilirsiniz ki, hasilatı stabil saxlamaq üçün çoxlu işlər görüldü. “Azneft” İstehsalat Birliyində islahatlar keçirildi. Deyərdim ki, indi biz dünyanın ən qədim yataqlarında stabil neft-qaz istehsalını həyata keçiririk. Bizim əsas strategiyamız dəyər zəncirini böyütməkdir”,- R. Abdullayev əlavə edib.

SOCAR-ın prezidenti şirkətin beynəlxalq fəaliyyətindən də danışaraq xatırladıb ki, ilkin olaraq biznes fəaliyyətinə Gürcüstanda başlanıb. “Türkiyə əsas bazarımızdır. Türkiyədə “Petkim” STAR strategiyamızın bir xəttidir. Biz 2007-ci ildə “SOCAR Trading” şirkətini yarada bildik və onun gördüyü işlər nəticəsində Azərbaycan dövlətinə 1,5-1,7 ABŞ dolları məbləğində əlavə gəlir gətirmişik”.

pia.az


Etiket: SOCAR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar