Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Bəşər Əsədi hədələdi: Fevral ayında ordu geri çəkilməsə...

Türkiyə prezidenti Ərdoğan bildirib ki, əgər fevral ayında Suriyanın hökumət ordusu İdlibdə hücumu dayandırmasa və Türkiyənin müşahidə məntəqələrindən geri çəkilməsə, Ankara lazım olan hər şeyi edəcək...

Konkret.az Rusiya mediasına istinadən xəbər verir ki, dünən Türkiyə lideri Rusiya prezidenti Vladimir Putinlə telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Danışıqlar zamanı Ərdoğan Rusiya prezidentini Suriya prezidenti Bəşər Əsədə təzyiq göstərməyə çağırıb ki, onun ordusu İdlib zonasında fəaliyyətini dayandırsın və bu ay ərzində Türkiyənin müşahidə məntəqələrindən uzaqlaşsın.

Ərdoğanın sözlərinə görə, əks təqdirdə, Ankara “müdafiə məqsədilə” cavab verəcək.

“Qoşunlarımız lazım olsa əməliyyata başlayacaqlar”, – Türkiyə Prezidenti belə deyib.

Daha əvvəl Ərdoğan bildirib ki, Suriya hökumət qoşunlarının hücumu nəticəsində beş türk hərbçisi və üç mülki vətəndaş həlak olub. Bundan sonra Türkiyənin Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar bildirib ki, Ankara cavab olaraq Suriya hökumət qoşunlarının 76 hərbçisini məhv edib.

pia.az


Etiket: Ərdoğan Əsəd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar