Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Netanyahuya xəbərdarlıq edib - İsrail mediası niyə ABŞ-ı hədəf aldı?

İsrail mediasında Netanyahunun əlaltısı kimi tanınan simalar Tramp və Kaşneri tənqid etməyə başlayıblar....

Abdullah Muradoğlu
“Yeni Şafak” qəzeti, Türkiyə, 4 Fevral 2020-ci il

Demək olar ki, hər kəs ABŞ Prezidenti Trampın qondarma “Fələstin Sülh Planı”nın həyata keçməyəcəyi ilə razılaşır. Amerikalı analitiklər bu planın elan olunduğu andan etibarən öldüyünü vurğulayırlar. Bunu ən yaxşı bilən də israillilərdir.

Plan açıqlanmazdan əvvəl Netanyahu Tramp adminstrasiyasından nə lazımdırsa, əldə edib. Netanyahunun Trampdan son olaraq almaq istədiyi dəstək isə Qərbi İordaniyadakı qanunsuz sionist yaşayış məntəqələrinin da dərhal birləşdirilməsinə imkan yaradılmasıdır.

ABŞ Konqresindən heç bir Demokrat Ağ Evdəki brifinqdə iştirak etməyib. Xüsusilə Kris Van Holen, Bernard Senders və Elizabet Uorren başda olmaqla 12 Demokrat senat planı tənqid edən sərt bir məktub yayımlayıb. Trampdan əvvəlki üç prezidentlik dövründə “Milli Təhlükəsizlik Şurası” və “Xarici İşlər Nazirliyi”ndə Yaxın Şərq işlərindən məsul olan bir çox yüksək səviyyəli şəxs də bu planın “Netanyahunu xilas etmək” üçün elan edildiyini vurğulayan bir məktub yazıb. Məktubu ABŞ-ın İsrail üzrə keçmiş səfirləri Daniel Kurtzer, Daniel Şapiro və Martin İnduk da imzalayıb. Keçmiş Milli Təhlükəsizlik müşaviri Suzan Rays, Milli Təhlükəsizlik Müşaviri köməkçisi Ben Rodes, Xarici İşlər nazirinin keçmiş müavini Antoni Blinken və Filip Qordon, Frenk Lovenştayn, İlen Qoldenberq, Tamara Kofman Uites və Cim Obrien də imza atanlar arasında idi. Məktubda Trampın planının ABŞ-ın “iki dövlətli” həll siyasətinə ölümcül zərbə vurduğunu və Qərbi İordaniyanın birləşdirilməsinə imkan verdiyi iddia olunur.

ABŞ Xarici İşlər naziri Mayk Pompeo və ABŞ-ın İsraildəki səfiri Devid Fridmen İsrailin dərhal birləşdirmə prosesinə başlaya biləcəyinə işarə etmişdi. Netanyahu brifinqdən dərhal sonra birləşdirmə qərarı qəbul etməyə hazırlaşırdı. Netanyahu ona qarşı irəli sürülən korrupsiya iddialarına görə 2 Mart seçkilərinə qədər toxunulmazlıq tələb etmişdi. Netanyahu bu tələbini də geri çəkib. O, Qərbi İordaniyadakı yaşayış məntəqələrini birləşdirdikdən sonra həm seçkidə qalib gələcəyinə, həm də toxunulmazlıq əldə edəcəyinə ümid bəsləyirdi. Ancaq çox maraqlı bir hadisə baş verib. Yazılanlara baxsaq görərik ki, Tramp və bu planın memarı Cared Kaşner 2 mart seçkilərindən əvvəl Qərbi İordaniyanı birləşdirməyə başlamaması barədə İsrailə xəbərdarlıq veribmiş.

Beləliklə, 2020 seçkilərinə hazırlaşan Tramp bölgədə tezliklə birləşdirmə prosesinə başlamağın yaradacağı sarsıntılar qarşısında dayanmağı siyasi cəhətdən riskli hesab edir. 2016-cı ildə prezident seçkilərində ABŞ-ı Yaxın Şərqdəki müharibələrdən geri çəkəcəyini vəd edən Tramp bu vədi müxtəlif zamanlarda təkrarlayırdı. Tramp, yəqin ki, erkən birləşdirmə prosesinin seçki kampaniyasına zərər verə biləcəyini düşünüb. Digər tərəfdən, Netanyahu siyasi həyatı ilə bağlı bütün addımları Qərbi İordaniyanın birləşdirilməsinə uyğun olaraq hesablayıb. Əhər Netanyahu seçkidə məğlub olsa, hətta həbs də edilə bilər.

Əslində, İsrail mediasında Netanyahunun əlaltısı kimi tanınan simalar Tramp və Kaşneri tənqid etməyə başlayıblar. ABŞ mediasına görə, Netanyahunu dəstəkləyən şərhçilər Trampın Netanyahunu arxadan bıçaqladığını belə deyiblər. Bəzi şərhçilər də düşünür ki, əgər Tramp birləşdirmə işini təxirə salsa, xristian-sionist evangeliklərin dəstəyini itirə bilər. Təhdid və şantaj dolu şərhlərdən biri isə Netanyahu tərəfdarı olan “Ordu Radiosu”nun aparıcılarından olan Yaakov Barduqo tərəfindən deyilib: “Kaşnerə duyduğum hörmətlə qeyd edilməlidir ki, ABŞ-da milyonlarla evangelist var və Netanyahu onları Obamaya etdiyi kimi Trampa qarşı da səfərbər edə bilər”. Barduqo Trampın birləşdirmə işini gecikdirəcəyi təqdirdə, evangelikləri itirəcəyini və prezident seçilə bilməyəcəyini vurğulayıb.

Amerikalı milyarder və kazino müdiri Şeldon Adelson tərəfindən maliyyələşdirilən “Makor Rishon” kimi sionist nəşrlər də Trampın son yanaşmasınü tənqid edir. Oxucular bu “Makor Rishon” adını keçən yanvar günü MİT müşaviri Hakan Fidanı hədəf alan bir məqaləyə görə xatırlayarlar. Göründüyü kimi, Netanyahu tərəfdarları Respublikaçılar Partiyasının səs deposu olan “xristian-sionistlər” vasitəsilə Trampı sıxışdırmaq istəyirlər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar