Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cozef Borel: "İranı nəzərə almadan bölgədəki sabitlikdən danışa bilmərik"

Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel İrana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib...

"İl faciəli hadisələrlə, qarşıdurmalarla, Birgə Hərtərəfli Fəaliyyət Planı ilə əlaqədar qərarlarla, Yaxın Şərq üçün yeni bir sülh planının təqdimatı ilə başladı. Bütün bu hadisələr bütövlükdə, avropalıların, Avropa İttifaqının bütün aktyorlarla təmaslara başlamasına təkan verdi.

İrana səfər etdim, çünki İranı nəzərə almadan bölgədəki sabitlik haqqında danışa bilmərik. Bununla yanaşı, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel əl-Cübeyri, Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan ilə, İraq Prezidenti Barham Salih ilə də danışıqlar apardım. İraqa getməyi planlaşdırırdım, ancaq şənbə günü yeni baş nazirin namizədliyi irəli sürüldüyü üçün bu mümkün olmadı. Ayrıca, İordaniyaya səfər etdim və İordaniya kralı II Abdulla və Xarici İşlər naziri Ayman Safadi ilə müzakirələr apardım. Gələn cümə günü Vaşinqtona səfər edəcəyəm.

Bölgəni sabitləşdirmək, qarşılıqlı anlaşma və etimad yaratmaq üçün hər kəslə əlaqə qurmağa çalışırıq. Buna görə bu gün İran hakimiyyəti ilə danışıqlar apardım. Nüvə sazişi haqqında açıq danışdıq, amma bununla bağlı bir yenilik yoxdur. Sonuncu dəfə danışdığımızdan bəri heç bir şey dəyişməyib.

Mən İran hakimiyyətindən İranın nüvə proqramı fəaliyyətinin həqiqi vəziyyətini yoxlamaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti davam etdirməsini xahiş etdim və düşünürəm ki, onlar buna razılaşdı", - deyə Cozef Borel qeyd edib. (APA)

pia.az


Etiket: Cozef Borel


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar