Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran koronavirusa görə neft hasilatının azaldılmasını istəyir

İranın neft naziri Bijan Namdar Zəngənə OPEC sammitində hasilatın azaldılmasının müzakirəsini təklif edib...

“Report” “Shana”ya istinadən xəbər verir ki, o, buna səbəb kimi koronavirusa görə neftin qiymətinin 60 dollardan aşağı düşməsini əsas gətirib.

“OPEC prezidenti ilə söhbətimizdə bildirdim ki, növbədənkənar görüş mart ayında nəzərdə tutulan iclasdan əvvəl keçirilsə, bütün üzv dövlətlər hasilatı azaltmaqla bağlı qərar verməyə hazır olmalıdır. Əgər OPEC üzvləri belə bir qərar verməyə hazır olmasalar, növbədənkənar görüş keçirməyə də lüzum qalmayacaq, əvvəlcədən nəzərdə tutulduğu kimi martın 4-5-də iclas keçiriləcək", - o qeyd edib.

Qeyd edək ki, koronavirusun yayılmasından sonra, yanvarın 20-dən “Brent” markalı neftin bir barelinin qiyməti 10 faizdən artıq ucuzlaşıb. Ötən həftə Çinə Latın Amerikasından neft idxalı dayanıb, Qərbi Afrikadan isə azalıb. Yanvarın 31-də London birjasında “Brent” markalı neftin qiyməti ötən il avqustun 7-dən sonra ilk dəfə olaraq 2,45 faiz azalaraq 55,93 dollar, WTI markalı neftin qiyməti isə 1,8 faiz azalaraq 51,14 dollar təşkil edib.

Xatırladaq ki, koronavirusa yoluxanların sayı 17 min nəfəri, ölənlərin sayı isə 361-i keçib.

pia.az


Etiket: OPEC İran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar