Belarus ərazisinə gələn əmək miqrantlarının sayı artıb...
İnterfax.ru-nun xəbərinə görə, miqrantların sayı ötən il 2018-ci ilə nisbətən xeyli çoxalıb.
Belə ki, ötən il onların sayı 20,8 min olub, bu da 2018-ci illə müqayisədə 4,7 min artım deməkdir.
Ölkə ərazisinə işləməyə gələn miqrantlar arasında azərbaycanlılar da çoxluq təşkil edir.
Miqrantların 5,6 faizi ixtisaslarına uyğun olaraq və ya ticarət, kənd təsərrüfatı sahəsində işləyirlər. Onlardan 1,2 min nəfəri isə idarəetmə sahəsində çalışır.
Ümumilikdə Belarusa gələn miqrantlar arasında ilk yeri ruslar, ikinci yeri çinlilər üçüncü yeri isə ukraynalılar tutur.
pia.az