Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Həsənovun qəzetinə maliyyə yardımı ayrılmadı - Prezidentə şikayət etdilər

"Kaspi” və "Kaspiy” qəzetlərinin kollektivi ölkə başçısına müraciət ünvanlayıb...

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edib. Maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur. Hər iki qəzetin kollektivi bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Həmin müraciəti təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevə

Hörmətli, cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində "Kaspi” qəzetinə maliyyə yardımının dayandırılması barədə qərar verib.

Biz bu qərarı çox təəccüb və təəssüf hissi ilə qarşıladıq. Axı niyə?

Hazırda "Kaspi” qəzeti ölkənin ən nüfuzlu çap nümunələrindəndir. Həm tirajına, həm məzmununa görə ölkədə çap olunan və Fondun maliyyə yardımı ayırdığı digər qəzetləri qabaqlayır.

1999-cu il martın 6-dan çapını bərpa edən qəzetin əsası 1881-ci ildə qoyulub. Ona görə də qəzeti "Üç əsrin qəzeti” adlandırırıq. Hazırda «Kaspi» gündəlik, rəngli formatda, həftəarası günlər 16 səhifə, şənbə günü isə 24 səhifə olmaqla nəşr edilir.

Azərbaycan dilində nəşr olunan "Kaspi” qəzetinin 26 nəfərdən ibarət kartla əmək haqqı alan kollektivi var. Bundan əlavə, qəzet 25-dək kənar müəlliflə qonorar əsasında əməkdaşlıq edir.

Qəzetin 3 əlavəsi fəaliyyətdədir. Həftənin cümə axşamı günləri "Teatr”, cümə günləri "Gənclik”, şənbə günləri isə "Ədəbiyyat” əlavələri nəşr olunmaqdadır.

Qəzetin 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən kaspi.az internet resursu da on-line fəaliyyət göstərməkdədir. Ayrıca ədəbiyyat və mədəniyyət xidmətləri üzrə ixtisaslaşmış artkaspi.az saytımız mövcuddur.

2019-cu ildə qəzet 3800 tirajla çıxıb.

Ötən illər ərzində ölkənin ən nüfuzlu qələm sahibləri "Kaspi”nin səhifələrində çap olunub.

Qəzet rəhbərliyinin təşəbbüsü ilə çoxsaylı layihələr icra olunub, "Kaspi” nəşrləri” silsiləsindən 20-dən artıq kitab çap edilib. "Kaspi”nin xətti ilə ötən əsrin əvvəllərində nəşr olunan Azərbaycan qəzetlərinin elektron arxivi Hollandiyadan alınaraq ölkəmizə gətirilib və Mirzə Fərəli Axundov adına Mərkəzi Kitabxanaya bağışlanılıb.

Qəzet fəaliyyətini bərpa etdiyi gündən daim dövlətçilik maraqlarını müdafiə edib, maarifçilik missiyasını daşıyıb.

Cənab Prezident!

Qəzetimizə hansı səbəbdən maliyyə yardımının ayrılmaması barədə bizə heç bir məlumat verilmir.

KİV DF-nin qəbul etdiyi qərar qəzetlə bu və ya digər formada əlaqədə olan 50 jurnalistin işsiz qalması deməkdir. 2020-ci il üçün qəzetin 3000-ə yaxın abunəsi vardır. Bu qərar bizi qəzetimizə abunə olanlar qarşısında da çətin durumda qoyur.

Kollektiv olaraq Sizdən xahiş edirik ki, belə bir tarixi xidmətləri olan qəzetin maliyyə yardımı ayrılan qəzetlərin siyahısına daxil edilməsinə yardımçı olasınız!

Dərin hörmətlə,
"Kaspi” qəzetinin kollektivi

***

Dia.az xatırladır ki, bu gün Prezidentə müraciət edən sözügedən qəzet PA-nın keşmiş şöbə müdiri Əli Həsənova aiddir və dünənə qədər digər KİV-lər məhz Əli Həsənovdan qəzetlərinə maliyyə yardımı ayrılmasını xahiş edirdilər. İndi isə fələyin çərxi tərsinə dövran etməkdədir.

Bizi dia.az olaraq burada narahat edən tək bir məqam varsa da, o da jurnalist həmkarlarımızla bağlıdır. Hər halda, heç bir jurnalist hansısa mətbu orqanın fəaliyyətini dayandırmasına sevinmir. Biz də eləcə. Amma bunu da qeyd etməliyik ki, bu vaxta qədər Əli Həsənov daha böyük kollektivləri işsiz qoyub...

pia.az


Etiket: Əli Həsənov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar