İŞİD terror təşkilatı ötən gün Londonda baş vermiş terror aktının məsuliyyətini öz üzərinə götürüb
APA-nın xəbərinə görə, bu barədə “İndipendent” məlumat yayıb.
Xatırladaq ki, ötən gün Londonun Stretem rayonunda naməlum şəxs bıçaqla insanlara hücum çəkib. Nəticədə üç nəfər yaralanıb, hadisəni törədən şəxs polis tərəfindən güllələnərək zərərsizləşdirilib.
pia.az