Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ötən beş ildə nə etdin ki, indi yenidən sənə səs verək?" - Gəncəlilər Pərvin Kazımzadəni istəmir...

Pərvin Kazımzadəyə qarşı narazılıq artır...

9 fevral yaxınlaşdıqca, həyəcan artır və illərlə ”lal deputat” statusu alanlar xalqın içinə qarışırlar. Lakin bəzi deputatlığa namizədlər indi də sadəcə, icra hakimiyyətinin münasib gördüyü yerlərdə, vitrinə çıxıb, sonra “yoxa çıxırlar”.

Secki.net xəbər verir ki, bunlardan biri də Gəncənin 37 saylı Nizami I seçki dairəsinin YAP-ın namizədi Pərvin Kazımzadədir. Bu dairənin seçiciləri indi də deputatını axtarır.

Onlar xahiş edirlər ki, yenidən o dairədən namizəd olmuş Kazımzadə haqqında informasiya verək. Biz də internetdə kiçik ekskursiya edirik və məlum olur ki, Gəncənin xanım deputatı Kərimzadə Pərvin Orxan qızıdır.

P.Kərimzadəni nə Gəncədəki seçiciləri, nə parlament müxbirləri, nə ictimaiyyət tanıyır. Hətta həmkarları arasında xeyli sayda deputat var ki, Pərvin xanımın millət vəkili olmasından bixəbərdir.

Buna səbəb də özüdür. Xanım deputatın parlamentdə fəallığını görən olmayıb. Onun indiyə qədər hər hansı çıxışı xatırlanmır ki, pasportu kimi təqdim olunsun.

İnternetdə seçki ərəfəsində vətəndaşlarla “görüş”ü barədə xəbərdən başqa informasiya tapmaq olmur.

Bu səbəbdən də, Gəncə sakinləri hazırki deputatlığa namizədin illərdən bəri varlığını hiss etmirlər.

Ötən parlamentdə Jalə Əliyeva, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Bahar Muradova, Məlahət İbrahimqızı, Elmira Axundova kifayət qədər fəal millət vəkilləri olublar. Onların Milli Məclisin iclaslarında çıxışları, təklifləri, müxtəlif hadisələrə münasibətini görmək olar.

Həmçinin, mediaya açıq və tez-tez müsahibələr verən xanım millət vəkilləridir. Amma P.Kazımzadənin nə səsini eşidən olub, nə mətbuatda çıxışını görən olub.

Pərvin Kazımzadənin Azərbaycan prezidentinin başlatdığı islahat dalğasına bəlkə də ən böyük dəstəyi məhz namizədliyini geri götürməsi olardı. Seçiciləri də haqlı olaraq, sual verirlər ki, ötən beş ildə nə etdin ki, indi yenidən sənə səs verək?

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar